Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15026
az

Mədət Quliyev Aparat rəhbərini işdən çıxardı, yenisini təyin etdi

12:0028 İyun, 2019
1052
  • A
 
Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub.

Oxu24.com "Report"a istinadən xəbər verir ki, bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.

Digər əmrlə Şahin Əliyev Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri təyin edilib. O, əvvəllər başqa dövlət qurumunda işləyib.

Bundan başqa, hazırda nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsi də boşdur. Həmin şöbənin müdiri Hüseyn Zeynalov bir müddət əvvəl işdən çıxarılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə yaradılıb. Müdafiə Sənayesi naziri Yavər Camalov 2018-ci ilin iyunun 23-də uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib. Son bir ildə Müdafiə Sənayesi naziri vəzifəsini nazir müavini Yəhya Musayev icra edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib