Tramp İrana verdiyi möhləti daha iki gün uzadıb
05 Aprel 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1668
14.01.2026, 11:18
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükündən sonra revanşist ermənilərin bir az yumuşalacağına, nifrət və ədavət nitqlərini kəsəcəyinə ümid vardı. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan da elan etdi ki, Azərbaycandan benzin idxalı qiymətləri aşağı salıb.
Bildiyiniz kimi Azərbaycandan ilk yanacaq isə Ermənistana 18 dekabr 2025-ci ildə yola salınıb. SOCAR-ın istehsal etdiyi Aİ 95 markalı benzindən ibarət 22 vaqonluq yük Ermənistana çatıb. 9 yanvarda 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib. 11 yanvarda 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Təəssüf ki, bu əlaqələr Ermənistan parlament üzvlərini hələ də ədavət və nifrətdən uzaqlaşdıra bilmir.
Oxu24. com xəbər verir ki, “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan 1990-cı ildə olmayan “erməni qırğınları” barədə, hadisələr , rəvayətlər uyduruaraq Azərbaycan xalqını və dövlətini təhqir edib. Məqalə "Hraparak" nəşrində dərc olunub."Bakıda törədilən erməni qırğınları 13 yanvar 1990-cı ildə başladı. Azərbaycanlı qatillər 90-dan çox etnik erməni mülki şəxsə - uşaqlara, qadınlara və yaşlılara işgəncə verərək qətlə yetirdilər. İşləyib Bakını çiçəkləndirən təxminən 250.000 nəfər ( Başqa mənbələrdə ermənilər bu rəqəmi 350 min nəfər yazırlar- red- Ə.R.) bir neçə gün ərzində bütün əmlakını itirdi və çətinliklə Türkmənistana qaçdı. Ermənistanı tərk edən və Sovet Ermənistanı hökumətindən əmlaklarına görə ədalətli kompensasiya alan azərbaycanlılar ermənilərin evlərində yerləşdirildi.
Sovet ordusu 20 yanvarda Bakıya daxil oldu. Toqquşmalar nəticəsində 150 vəhşi, qatil ( erməni deputat “qatil” sözündən sonra daha iyrənc bir söz deyib ki, şəhidlərimizin xatirinə o kəlməni bura yazmıram-red-Ə.R.) öldürüldü. Bu gün onlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlar hesab olunurlar, dövlət mərasiminin bir hissəsi olan Şəhidlər Parkında dəfn olunurlar..."
İndi burda məsuliyyət Qafqazın qüdrətli dövləti olan Azərbaycanın üzərinə düşür ki, həmin deputatı - Artur Xaçatryanı Bakıya gətirsin və sual etsin: Əgər 1990-cı ildə ermənilər Bakıdan işgəncələrə və öldürüldüklərinə görə qaçıblarsa hazırda minlərlə erməni niyə Bakıda yaşayır? O, Azərbaycana qovduğunuz, evini, var dövlətini, yurdunu əlindən alıb çöllərə saldığınız azərbaycanlıların qəzəbindən qorxmasından qaçmayıblarmı?
Sizə xatırladaq:1988–1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdur. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşlar Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etmədilərmi? Eyni hadisənin bənzəri Quqarkda həyata keçirildi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər. Ermənilərin Bakını tərk edib qaçmasının səbəbi onlara qarşı uydurduğunuz işğəncə-filan deyildi. Azərbaycana pənah gətirmiş qaçqın azərbaycanlıların qəzəbindən qorxmaq idi.
Həmçinin oxuyun
Еrmənistаn qаdınlаr şurаsı Bakıdаkı qаnlı 1990-cı il, 20 Yаnvаr günlərində belə bir şüar səsləndirdilər, həm də o vaxtkı dövlət televiziyasında : "Sizi mаtəm günü münаsibətilə təbrik еdirik. Sizə bundаn sоnrа dа аğır mаtəmlər аrzulаyırıq. Аllаh sizin hаmınızı məhv еdəcək".
Əslində, biz də bu faciələri unutmamalıyıq, təəssüf ki, unutqanlıq genetikamızdadır.
Əntiqə Rəşid
23:14 / 05 Aprel 2026
25
23:02 / 05 Aprel 2026
38
22:52 / 05 Aprel 2026
42
22:49 / 05 Aprel 2026
39
22:17 / 05 Aprel 2026
133
22:13 / 05 Aprel 2026
128
22:12 / 05 Aprel 2026
168
21:53 / 05 Aprel 2026
62
21:39 / 05 Aprel 2026
92
21:16 / 05 Aprel 2026
62
20:51 / 05 Aprel 2026
83
20:29 / 05 Aprel 2026
193
20:13 / 05 Aprel 2026
78
19:50 / 05 Aprel 2026
80
19:38 / 05 Aprel 2026
101
19:15 / 05 Aprel 2026
115
18:49 / 05 Aprel 2026
85
18:39 / 05 Aprel 2026
98
18:20 / 05 Aprel 2026
77
18:14 / 05 Aprel 2026
121
18:00 / 05 Aprel 2026
136
17:59 / 05 Aprel 2026
119
17:48 / 05 Aprel 2026
247
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.