Azərbaycan və BƏƏ arasında mühüm sənədlər İMZALADI
02 Fevral 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1005
13.01.2026, 12:14
Ermənistan müxalifət fraksiyasından olan deputat Mher Melkonyan Azərbaycan və Ermənistan arasındakı yaxınlaşma prosesinə zərbə vurmaqda israrlı olduğunu isbat edir.
Oxu24.com xəbər verir ki, deputata sosial şəbəkə hesabında Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsinin Cütcü kəndi ərazisində yerləşən xristian alban monastırı olan Amaras monastrının fotosunu paylaşaraq yazıb: “Bu, Artsax Respublikasının Martuni bölgəsindəki Maçkalaşen kəndi yaxınlığında yerləşən Amaras monastırıdır. Amaras Ermənistan dövlətçiliyinin, milli kimliyinin və Artsaxdakı tarixi varlığımızın ayrılmaz hissəsidir”.
Erməni deputatın bu sayıqlamasına özüm cavab versəydim bəlkə də tutarlı olmazdı, ona görə də AMEA-nın Tarix İnstitutunun əməkdaşı, “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri, professor Faiq İsmayılovun cavab verməsini istədik.
Həmçinin oxuyun
Professor ermənilərin hələ də mənasız “tarixi” uydurmalarla özlərini təssəlli etməsinə istehzasını gizlətmədi belə lazımsız xəyallarla yaşamaqlarının onlara faydası olmadığını dilə gətirdi: ” Ermənilər Qarabağda özlərinə tarix yaratmaq üçün yüzlərlə uydurma faktlarla dolun kitablar çap ediblər. Həmin kitablarda guya Kəlbəcərdəki Xudavəng monastrı da bunlara “dədələrindən” qalıb , hələ üstəlik ikinci əsas tarixi abidə Amaras monastrıda… Ermənilər özləri də bilir ki, işğaldan azad olunmuş ərazilərimizdə heç vaxt ermənilərin tarixi-dini abidələri olmayıb. Onlar anlayır ki, Amaras monastrı Azərbaycan xalqının tarixi və milli-mənəvi dəyərləri baxımından xüsusi əhəmiyyətə malik abidələrdəndir. Monastrı hətta SSRİ zamanında həm xristian, həm də müsəlman əhali ziyarət edib, ona hörmətlə yanaşıblar. Dünya tarixində belə nümunələrə nadir hallarda rast gəlinib. Bu məsələnin kökündə isə o dayanır ki, Amaras monastrı qədim Albaniya dövləti zamanında burada yaşayan türkdilli xalqlar tərəfindən inşa edilib. Hətta bu dövrdə xristianlıq belə bizim ölkəmizdə tam şəkildə yayılmayıb. Lakin bu abidə və digər tarixi-dini abidələrimiz bizim ortaq dəyərimiz kimi əsrlərlə dəyişən nəsillər tərəfindən qorunub saxlanılıb. Ümumiyyətlə isə, tam əminliklə deyə bilərik ki, bizim işğaldan azad edilən ərazilərimizdə tarixin heç bir dövründə erməni xaçı, erməni abidəsi olmayıb. Onların istinad etdikləri Şuşada olan iki kilsə isə rus provoslav kilsələridir. Həmin kilsələr Azərbaycanın şimalının tamamilə Çar Rusiyası tərəfindən işğal edilməsindən sonra tikilib. Belə ki, o zaman Çar Rusiyasının qoşunları Azərbaycanın hər yerinə, o cümlədən Şuşaya yerləşdirildi. Həmin kilsələr də əsgər və zabitlərin ibadəti üçün inşa edilib” - professor bildirib.
Professor onu da vurğulayıb ki, tarixdə heç vaxt “erməni soyqırımı olmadığı halda ermənilər 100 ildən çoxdur ki, “soyqırım olduq” deyib bunu dünyaya qəbul etdirməyi bacarıblar:” O saxta soyqırımı 100-dən çox ölkə tanıyıb. Aydındır ki, Qarabağ haqqında nağılları ilə də dünyanı inandırmağa çalışacaqlar. Ona görə də, biz də buna qarşı tədbirlərimizi almalı, erməni uydurmalarını heçə endirən faktlarımızı dünyaya çatdırmalıyıq”.
Əntiqə Rəşid
23:44 / 02 Fevral 2026
69
23:39 / 02 Fevral 2026
63
23:34 / 02 Fevral 2026
66
23:29 / 02 Fevral 2026
78
23:21 / 02 Fevral 2026
70
23:08 / 02 Fevral 2026
404
22:58 / 02 Fevral 2026
103
22:53 / 02 Fevral 2026
448
22:41 / 02 Fevral 2026
74
22:38 / 02 Fevral 2026
66
22:33 / 02 Fevral 2026
67
22:27 / 02 Fevral 2026
1111
22:21 / 02 Fevral 2026
105
22:05 / 02 Fevral 2026
561
21:40 / 02 Fevral 2026
858
21:34 / 02 Fevral 2026
257
21:21 / 02 Fevral 2026
499
21:09 / 02 Fevral 2026
203
21:05 / 02 Fevral 2026
642
20:58 / 02 Fevral 2026
85
20:54 / 02 Fevral 2026
101
20:53 / 02 Fevral 2026
95
20:51 / 02 Fevral 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.