Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı
14 Noyabr 2026, 21:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1598
12.01.2026, 17:30
İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu, mühacirətdə yaşayan Rza Pəhləvi İran İslam Respublikasında xeyli vaxtdır başlayan etiraz aksiyalarından böyük məqsədləri olduğunu gizlətməyib. Onun bu müddətdə ictimaiyyətə açıqlamaları onun gələcəkdə İrana yenidən şah olmasını hədəfləyib: “Molla rejiminin sonu yaxındır” açıqlaması, Pəhləvidən Trampa çağırış: “İran xalqına kömək edin”, Rza Pəhləvidən sensasion çağırış: “Şəhər mərkəzlərini ələ keçirməyə və İrana qayıtmağa hazırlaşıram” “Tezliklə yanınızda olacağam” çağırışları onun “böyük ümidləri”ni ortaya qoyur.
Bəs, Rza Şah Pəhləvi yenidən İrana şah olarsa, Azərbaycanlıların vəziyyəti necə olacaq?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Oxu24.com-un suallarına cavab verərək bildirir ki, Rza Şah Pəhləvinin yenidən hakimiyyətə gəlişi Azərbaycan türklərinə fayda verməyəcək:” Pəhləvi sülaləsi və Şah tərəfdarlarının yenidən hakimiyyətə gəlməsi iki Azərbaycan arasında nəinki sərhəd, eyni zamanda mədəni olan qalan əlaqələrin də qırılmasına səbəb olacaq.
Əslinə qalsa Xomeyni və molla rejimi Pəhləvi rejiminin başqa üzüdür. İranda hakimiyyətə gətirilən molla rejimi daha təhlükəli sistem yaratdı .Pəhləvilər "İrançılıq" ideologiyası ilə türklüyü əzməyə çalışırdısa, Xomeyni dövründə bu, "Ümmətçilik" pərdəsi altında edildi. "Müsəlman xalqlar arasında fərq yoxdur" deyilsə də, dövlətin rəsmi dili, təhsili və mərkəzi ideologiyası fars dili üzərində qaldı.
İqtisadi resurslar daha çox dini mərkəzlərə (Qum, Məşhəd) və müharibəyə yönəldildi. Azərbaycan şəhərləri sənayeləşmə və infrastruktur baxımından geridə qaldı.Xomeyni rejimi inqilaba dəstək verən solçu, millətçi və demokrat azərbaycanlı qrupları "din düşməni" və ya "parçalanma tərəfdarı" elan edərək edam etdi və ya həbsxanalara doldurdu. Pəhləvinin zindanlarını bu dəfə dini rejimin zindanları əvəz etdi. Hər iki Azərbaycanda tarixi dini kökləri olan Əhli Beytə sevgi, İranın molla rejimi sayəsində tamamilə sıradan çıxarıldı və farsdan doğulan varislər şiə və Xomeyniçilik ideyasının təbliğat bazasına çevrildi.
Çox təəsüf ki, bu üç rejimin başında duran əsas simalar da Azərbaycan türk geni daşıyan, farslaşmış şəxslər idi” -deyə alim vurğulayıb.
Qeyd edək ki, əfsanəvi müğənni, Azərbaycan əsilli Ququş (Faiqə Atəşin) Los-Ancelesdə keçirilən mitinqdə çıxışı zamanı həmvətənlərini Pəhləvi ətrafında birləşməyə çağırıb.
Təbii ki, tarixçimiz demiş, Ququş da da Azərbaycan türk geni daşıyan, farslaşmış şəxslərdən biridir.
Əntiqə Rəşid
22:19 / 14 Noyabr 2026
1
21:55 / 14 Noyabr 2026
69
21:32 / 14 Noyabr 2026
90
21:22 / 14 Noyabr 2026
111
21:11 / 14 Noyabr 2026
482
21:04 / 14 Noyabr 2026
442
21:02 / 14 Noyabr 2026
99
20:56 / 14 Noyabr 2026
217
20:50 / 14 Noyabr 2026
108
20:38 / 14 Noyabr 2026
107
20:23 / 14 Noyabr 2026
1028
19:54 / 14 Noyabr 2026
105
19:50 / 14 Noyabr 2026
106
19:36 / 14 Noyabr 2026
1686
19:15 / 14 Noyabr 2026
141
19:12 / 14 Noyabr 2026
135
19:05 / 14 Noyabr 2026
125
18:50 / 14 Noyabr 2026
135
18:43 / 14 Noyabr 2026
141
18:21 / 14 Noyabr 2026
921
18:09 / 14 Noyabr 2026
151
18:06 / 14 Noyabr 2026
588
18:03 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.