Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14966
az

Tramp: “İranı Konqresin icazəsi olmadan da vura bilərəm”

19:3426 İyun, 2019
648
SİYASƏT
  • A
Prezident Donald Tramp bəyan edib ki, konqresin razılığı olmadan da İrana qarşı hərbi əməliyyatlar başlaya bilər.

Oxu24.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, "Hill" nəşrinin Trampla müsahibəsində onun konqresin razılığı olmadan İrana qarşı hərbi əməliyyat başlamaq səlahiyyətinin olub-olmadığına dair suala cavab olaraq ABŞ prezidenti deyib: "Bəli, (belə səlahiyyətlərim - red.) var".

Qeyd edək ki, Tramp bu bəyanatını ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bir qədər əvvəl səsləndirdiyi fikirlərinə şərh olaraq deyib. Pelosinin fikrincə, Tramp belə əməliyyatları həyata keçirmək üçün Konqresin icazəsini istəməlidir.

Dövlət başçısı onu da deyib ki, onun administrasiyası atdığı addımlarla bağlı Konqresə məlumat verir: "Düşünürəm ki, onlar bunu dəyərləndirir".

O, həmçinin vurğulayıb ki, İrana zərbə endirmək qərarını verməyə "kifayət qədər yaxın" imiş, lakin bunu etməyib.

Dünən Tramp administrasiyası İranın yüksək vəzifəli rəhbərliyinə qarşı sanksiyalar tətbiq etdiyini elan edib.

İyunun 20-i İranın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasından sonra Donald Tramp İslam Respublikasına zərbələr endirməyə icazə verib, lakin sonradan əməliyyatı ləğv edib. Bu barədə "New York Times"a ABŞ prezidentinin administrasiyasında olan mənbələr deyiblər.

Qəzet yazır ki, ABŞ iranlı hərbçilər və mülki şəxslər arasında böyük sayda itkilərə yol verməmək üçün zərbələri səhər tezdən (Tehran vaxtı ilə 03:30 radələrində) endirməyi nəzərdə tutubmuş. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maskdan ŞOK GEDİŞ -Son iki ildə 18 ölkədə...
Zelenski ABŞ-a yenə "yox" dedi
Şolts kansler seçilməsə, siyasətdən gedəcək

Bu gölə toxunan hər şey daşa dönür - Təkcə bu canlıdan başqa

18+

Deputat turisti zorladı
Tıxacda qalanlara ŞAD XƏBƏR! Yeni yol çəkilir - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Alimlər piy əridən 5 məhsulun adını çəkdilər
4 uşaq anası ərinin qanını tökdü