ŞAD XƏBƏR! Prezident sərəncam imzaladı: 10 min manat VERİLİR
31 Yanvar 2026, 10:31
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
935
09.01.2026, 14:51
Panama kanalı yenidən ABŞ-nin mülkiyyətinə keçə bilər" fikrini Donald Tramp hələ prezident seçkiləri dövründə söyləmişdi. O,ABŞ-ın 1999-cu ildə Panamaya verdiyi Panama kanalına nəzarəti bərpa edəcəyilə hədələyib:“Əgər bu səxavətli hədiyyənin həm mənəvi, həm də hüquqi prinsipləri qorunmasa, biz Panama kanalının tam şəkildə, dərhal və sorğu-sualsız bizə qaytarılmasını tələb edəcəyik”
Oxu24.com-un məlumatına görə Tramp həmin vaxt onu da qeyd etdi ki, Panama kanaldan istifadə üçün həddindən artıq yüksək tariflər müəyyən edib və kanalın iş rejiminə Çin də təsir göstərir. Tramp söz verib ki, kanalın “özgə əllərə” keçməsinə imkan verməyəcək.
Bu ultumatiumun səbəbi nədir?
Maraqlıdır ki, Şimali və Cənubi Amerikanı ayıran, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli dəniz yolunu təşkil edən kanalPanama Kanalı tikiləndən sonra ABŞ və Panama arasında bəzi problem və qarşıdurmalar yaranıb.
Layihəsi fransiz mühəndis Ferdinand de Lesseps icra olunan kanalın tikintisinə 1879-cu ildə start verilir. 1903-cü ildə Birləşmiş Ştatlar Panama layihəsini Fransadan satın aldı. Panama Kanalının baş mühəndisi John Frank Stevens oldu. Baxmayaraq ki, ölümcül xəstəliklər və böyük torpaq sürüşmələri işə mane olurdu, amma təxminən 27.500 işçi həyatını itirməsi hesabına başa gəlir. Təbii ki, tikintini ABŞ bitirdi. Kanal ilk dəfə 1914-cü ilin avqustun 15-i fəaliyyətə başladı. 1920-ci ABŞ -ın tam nəzarətində idi.
Kanalın Panamanın nəzarətinə keçməsi səbəbləri
İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın kanal və onu əhatə edən Kanal Zonasına nəzarəti mübahisəli hala gəldi. Panama ilə ABŞ arasında münasibətlər getdikcə gərginləşdi. Bir çox panamalı ərazinin haqlı olaraq Panamaya məxsus olduğunu düşünürdü; tələbə etirazlarından sonra zonanın hasarlanması, sonra ora ABŞ hərbçiləri gətirilməsini vacib etdi.
Süveyş böhranının Panama kanalına təsiri
Həmçinin oxuyun
ABŞ-ın kanalı Panamaya təhvil verməsi tələbləri 1956-cı ildəki Süveyş böhranından sonra daha da artdı .
Çünki Fransa və Böyük Britaniya Misirdəki Nasir rejimi tərəfindən milliləşdirilmiş Süveyş Kanalına nəzarəti geri almaq cəhdlərini hərbi müdaxilə ilə reallaşdırmağa çalışırdı. Amma ABŞ maliyyə və diplomatik təzyiqdən istifadə edərək hər iki ölkəni hərbi müdaxilədən əl çəkməyə məcbur etdi. Məhz ABŞ bu hərəkətindən sonra "cəzalandırıldı". Beləki, Panama kanalı və ətrafının idarəsi ilə bağlı yerli xalq və ABŞ hökuməti arasında yaranan anlaşılmazlıq 62 il əvvəlin bu günü - 1964-cü ilin 9 yanvarında silahlı qarşıdurmaya çevrildi.
Qarşıdurmada təxminən 20 panamalı və 3-5 ABŞ əsgəri öldürüldü. Dəniz səviyyəsindən 28 metr yüksəklikdə yerləşən kanalın Panama hökuməti tərəfindən tam idarə olunması 31 dekabr 1999-cu ildə baş tutdu.
Bir çox ölkələr ABŞ administrasiyasının "Panama kanalı" istəyini xoş qarşılamasa da əslində gerçək belədir, Trampın tələbi haqlıdır.
Qeyd edək ki, Açılışından 2002 ilədək, təxminən 800.000 gəminin keçdiyi təxmin edilən Panama Kanalından hər il 14.000-dən çox gəmi keçir. Daşınan yük miqdarı 203 milyon tondur. Kanal boyunca yolçuluq təxminən 9 saat sürür. Panama Kanalı dünyanın mühəndislik nümunəsi sayılır və ən bahalı Kanaldır.
Əntiqə Rəşid
13:45 / 31 Yanvar 2026
1
13:15 / 31 Yanvar 2026
47
12:54 / 31 Yanvar 2026
69
12:48 / 31 Yanvar 2026
43
12:20 / 31 Yanvar 2026
191
11:51 / 31 Yanvar 2026
321
11:48 / 31 Yanvar 2026
52
11:02 / 31 Yanvar 2026
63
11:00 / 31 Yanvar 2026
53
10:49 / 31 Yanvar 2026
270
10:40 / 31 Yanvar 2026
121
10:31 / 31 Yanvar 2026
2274
10:19 / 31 Yanvar 2026
1054
09:37 / 31 Yanvar 2026
89
09:23 / 31 Yanvar 2026
182
09:19 / 31 Yanvar 2026
152
09:17 / 31 Yanvar 2026
163
09:07 / 31 Yanvar 2026
106
02:09 / 31 Yanvar 2026
237
01:11 / 31 Yanvar 2026
1409
01:00 / 31 Yanvar 2026
239
00:45 / 31 Yanvar 2026
138
00:34 / 31 Yanvar 2026
283
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.