Prezident SƏRƏNCAM İMZALADI
03 Oktyabr 2026, 10:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1485
07.01.2026, 18:41
Xəbər verdiyimiz kimi,Xalq artisti Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Oxu24.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Cahangir Novruzov bu yüksək təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində göstərdiyi xidmətlərə görə layiq görülüb.
Xalq artisti OXU24.com-a açıqlamasında təəssüratlarını bölüşüb:
“Bu xəbəri Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini hörmətli Elşad Əliyev mənə bildirəndə imtahandan yeni çıxmışdım. Mütəvazı xidmətimə verilən yüksək qiymətə görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Mən gənc yaşlarımdan Ulu Öndər Heydər Əliyevin ailəsini tanıyıram. Anamla onun anası, Zərifə xanım bir-birini çox sevirdilər. Allah hər ikisinə rəhmət eləsin.
Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, cənab Prezident atasının layiqli davamçısıdır. Ulu Öndər kimi o da mədəniyyətə və mədəniyyət xadimlərinə daim yüksək dəyər verir. Biz öz fəaliyyətimizlə Vətənə xidmət edirik. Kaş gənc olardım, 44 günlük Vətən müharibəsində iştirak edərdim.
Biz mədəniyyətimiz vasitəsilə Turan dünyasında və bütün dünyada Azərbaycanı tanıtmağa çalışırıq. Bu fəaliyyətə diqqət və dəyər göstərdiyinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Mütəvazı xidmətimizə verilən bu qiymət mənim üçün böyük fəxrdir.
Yaşasın Azərbaycan diasporu! Yaşasın Azərbaycan ! Biz hamımız Vətənə xidmət edirik və mədəniyyətimizlə Azərbaycanı dünyaya tanıdırıq.”
Sonda bir söz deyim ki, Böyük Hüseyn Cavid əfəndi demişkən "Turana qılıncdan daha kəskin, ulu qüvvət,. Yalnız mədəniyyət, mədəniyyət, mədənyiyət! "
Hazırladı: Turan Etibaroğlu
10:34 / 03 Oktyabr 2026
20
10:30 / 03 Oktyabr 2026
26
10:26 / 03 Oktyabr 2026
120
10:20 / 03 Oktyabr 2026
38
10:18 / 03 Oktyabr 2026
33
10:13 / 03 Oktyabr 2026
209
10:11 / 03 Oktyabr 2026
40
10:07 / 03 Oktyabr 2026
41
09:45 / 03 Oktyabr 2026
41
09:18 / 03 Oktyabr 2026
106
09:15 / 03 Oktyabr 2026
64
09:13 / 03 Oktyabr 2026
48
00:24 / 03 Oktyabr 2026
144
23:52 / 02 Oktyabr 2026
122
23:39 / 02 Oktyabr 2026
87
23:31 / 02 Oktyabr 2026
499
23:27 / 02 Oktyabr 2026
104
23:24 / 02 Oktyabr 2026
112
23:22 / 02 Oktyabr 2026
89
23:15 / 02 Oktyabr 2026
108
23:09 / 02 Oktyabr 2026
106
22:57 / 02 Oktyabr 2026
345
22:52 / 02 Oktyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.