Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE
14 May 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1042
06.01.2026, 19:13
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Feysbuk səhifəsində yazıb ki, Venesuelada cəmi bir neçə dəqiqə davam edən əməliyyat beynəlxalq nizamın qarantı və qlobal geosiyasi oyunçu kimi AB-nin artıq mövcud olmadığını və çox güman ki, mövcud olmayacağını təsdiqlədi.
Aİ “ölü” olması fikirlərini ötən ilin dekabrında amerikalı milyarder İlon Mask “X” hesabında yazmışdı:” Aİ -ni aradan qaldırmaq lazımdır, suverenlik isə ayrı-ayrı ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsin”.
Xüsusən biz azərbaycanlılar AB-nin mövcud olmadığını Venesuela mövzusundan çox əvvəl hiss etmişik.
Xatırlayırsınızsa, 2020-ci ilin əvvəllərində qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşası təşkil edəndə Avropa Şurası və Qərb dövlətləri bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Baxmayaraq ki, bu pandemiya dövründə keçirilən seçki idi.
Avropa Parlamentinin Azərbaycana yönəlik qərəzi illərdir ki, davam edir. Düz 30 il, erməni lobbisinin əlində alətə çevrilən bu qurum Azərbaycan əleyhinə müxtəlif qətnamələr qəbul etməklə, işğala, separatizmə, qanunsuz hərəkətlərə dəstək verdiyini sübut edib. Ermənistanın və erməni lobbisinin kirli maliyyəsinin təsiri altında çıxış edən ermənipərəst deputatların irqçi, islamofob, türkofob mövqeləri, ikili standartları sərgiləyən Apnı gözdən salmaya bilməzdi. Aİ ikili standartının ən bariz nümunəsi isə bütün problemlərə Ermənistan kontekstindən yanaşmasıdır. Məhz bu ikili standartlara görə, Azərbaycan torpaqları 30 ilə yaxın ermənilərin işğalında inləyib. bir milyona yaxın soydaşımız didərgin həyatı yaşayıb, soyqırıma məruz qalıb.
Eləki Azərbaycan öz gücü ilə öz torpaqlarını işğalçılardan təmizləməyə başladı, bax onda Aİ əsl sifətini və “fəaliyyətini ortaya qoydu. Avropa İttifaqının müşahidəçilərini Ermənistan-Azərbaycan sərhədinə göndərərək guya “sabitliyin artırılması yolu”nu təşkil etdilər. Avropa İttifaqının ürəyi sakitləşmədi, Ermənistandakı “araqarışdırıcı missiya”nın - müşahidəçilərin sayını 138-dən 209-a çatdırdı.
Baxmayaraq ki, Bakı və İrəvan arasında faktiki olaraq sülhün təmin edilməyə çalışılır, amma hələ də, daha dəqiq ötən ilin noyabrında Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) müşahidə missiyası Ermənistan–Azərbaycan sərhədində 7000-ci “yubiley” monitorinqini həyata keçirib.
Görəsən, fəaliyyəti missiyasının əksini göstərən Aİ nə vaxtsa anlayacq ki, heç kimə gərək deyil...?
Əntiqə Rəşid
19:18 / 14 May 2026
21
19:14 / 14 May 2026
14
19:09 / 14 May 2026
32
18:56 / 14 May 2026
43
18:40 / 14 May 2026
50
18:17 / 14 May 2026
65
17:55 / 14 May 2026
68
17:35 / 14 May 2026
64
17:30 / 14 May 2026
61
17:05 / 14 May 2026
84
17:04 / 14 May 2026
64
16:51 / 14 May 2026
75
16:45 / 14 May 2026
64
16:40 / 14 May 2026
103
16:35 / 14 May 2026
178
16:29 / 14 May 2026
266
16:27 / 14 May 2026
63
16:21 / 14 May 2026
978
16:14 / 14 May 2026
79
16:08 / 14 May 2026
178
16:06 / 14 May 2026
70
16:01 / 14 May 2026
109
15:57 / 14 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.