İlham Əliyev nekroloq İMZALADI
02 Avqust 2026, 12:46
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
631
06.01.2026, 16:50
“Cənab Prezident dünyada birincilər sırasındadır ki, beynəlxalq hüququn tənəzzül etməsi ilə bağlı bəyanatlar verirdi. Çünki beynəlxalq qanunların işləməməsini Azərbaycan birbaşa hiss edirdi. Görürdük ki, xüsusən Qarabağ məsələsi ilə bağlı ikili standartlar var. Nəticədə digər dövlətlərdən fərqli olaraq, öz məsələmizi elə özümüz həll etdik”.
Oxu24.com xəbər verir ki, bu sözləri “Yeni Sabah”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, güclünün öz mövqeyini diktə etməsi uzun illərdir ki, beynəlxalq siyasətdə mövcuddur:
"Uzun müddət inanırdıq ki, Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək mümkün olacaq. Amma Venesuelada və digər ölkələrdə ötən ilin əvvəlindən etibarən başlayan bəzi proseslər faktiki reallığı daha da qabarıq şəkildə göstərir. "Kim güclüdür, o da haqlıdır" prinsipi bir müddət müxtəlif ideoloji donlar altında gizlədilirdi. Sovet dövründə kommunist ideologiyası kapitalizmlə qarşıdurmada idi. Sonralar liberal-demokratlar digərləri ilə mübarizə aparmağa başladı. Amma real addımlar onu göstərir ki, kimə necə sərf edir, elə də siyasət formalaşdırır. Buna bariz nümunəsi İraqda, Əfqanıstanda, Ukraynada özünü əyani şəkildə göstərdi”.
Politoloq qeyd edib ki, dünya siyasətini müəyyən edən 3 əsas mərkəz mövcuddur:
“Trampın yeniliyi ondan ibarətdir ki, o, ideoloji donları qırağa atıb konkret deyir ki, məqsədim budur. Çoxlarının bu yanaşmadan xoşu gəlməsə də, reallıq belədir. Mən şəxsi təhlilimdə görürəm ki, hazırda dünyada 3 siyasi-texnoloji mərkəz var. Bunlar ABŞ, Avropa İttifaqı və Çindir. Bu rəqabətin əsas bünövrəsi texnoloji gücdür. Rusiyanı bu mərkəzlər arasında qoymaq düzgün olmazdı. Çünki ruslar texnoloji üstünlüyü tamamilə itiriblər”.
T.Zülfüqarov vurğulayıb ki, artıq BMT-nin heç bir əsas funksiyası yoxdur:
“Rəqabətin əsas məqsədləri təbii ehtiyatlar, enerji resursları və kommunikasiyalardır. Bir çox siyasətinin bəyanatlarına baxsaq, görərik ki, məhz bu mövzular ətrafında siyasi aktivlik görünür. Zəngəzur dəhlizi də məhz bu məsələlər sırasındadır. Dövlət başçısının da yerli telekanallara müsahibəsində vurğuladığı kimi, beynəlxalq təşkilatlar, ö cümlədən BMT öz funksiyalarını çoxdan itirib. Bu isə yaxın gələcəkdə bəzi regional aktorların yeni lokal münaqişələr yaradacağından xəbər verir”.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 5-də televiziya kanallarına müsahibəsində deyib ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur: “Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”.
23:58 / 02 Avqust 2026
111
23:50 / 02 Avqust 2026
3858
23:49 / 02 Avqust 2026
113
23:48 / 02 Avqust 2026
23
23:39 / 02 Avqust 2026
107
23:30 / 02 Avqust 2026
53
23:27 / 02 Avqust 2026
128
22:22 / 02 Avqust 2026
67
21:18 / 02 Avqust 2026
89
21:10 / 02 Avqust 2026
117
20:35 / 02 Avqust 2026
118
20:25 / 02 Avqust 2026
124
20:14 / 02 Avqust 2026
588
20:09 / 02 Avqust 2026
168
19:48 / 02 Avqust 2026
2310
19:47 / 02 Avqust 2026
117
19:43 / 02 Avqust 2026
490
19:32 / 02 Avqust 2026
107
19:32 / 02 Avqust 2026
111
19:27 / 02 Avqust 2026
136
19:24 / 02 Avqust 2026
552
19:00 / 02 Avqust 2026
126
18:54 / 02 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.