Prezidentin təltif etdiyi Xalq Artisti DANIŞDI: "Xəbəri alanda imtahandan yeni çıxmışdım"
07 Yanvar 2026, 18:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
139
06.01.2026, 16:07
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Zəngəzur dəhlizinin strateji əhəmiyyətini detallı formada açıqladı.
Oxu24.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, Azərbaycan uzun illər nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinə böyük sərmayə qoyub və genişmiqyaslı nəqliyyat şəbəkəsi formalaşdıra bilib.
Qarabağ və Şərqi Zəngəzurda yeni nəqliyyat infrastrukturu
Naqif Həmzəyevin sözlərinə görə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra məhz bu ərazilərdə də yeni nəqliyyat infrastrukturlarının formalaşdırılmasına şahidlik olunur. Hazırda demək olar ki, Azərbaycanın Qərb bölgəsini Bakı ilə, eyni zamanda Şimal-Qərb bölgəsi ilə birləşdirən geniş və müasir nəqliyyat infrastrukturu mövcuddur: “Həm Qərb–Şərq, həm də Şimal–Cənub nəqliyyat dəhlizlərinin ardıcıl şəkildə inkişaf etdirilməsi, eləcə də Ələt İqtisadi Zonasının formalaşdırılması Azərbaycanın bu sahədə gücünə güc qatıb. Bu gün dünyanın ən təhlükəsiz nəqliyyat marşrutlarından biri məhz Orta Dəhliz hesab olunur və Orta Dəhlizin əsas komponentlərindən biri də Azərbaycandır”.
Orta Dəhlizin perspektivi
Deputatın sözlərinə görə, Çinin Orta Asiyada dəmir yolu xətlərinin tikintisinə böyük sərmayə yatırması və yeni layihələr üzrə işlərin sürətlə davam etməsi, bütün bu layihələrin yekun olaraq Xəzər dənizinə yönləndirilməsi artıq aydın şəkildə görünür. Bu isə o deməkdir ki, məhz yükdaşımalar növbəti onilliklərdə daha da artacaq və Xəzər dənizi, eləcə də Azərbaycan vasitəsilə Qara dənizə, Aralıq dənizinə və Avropaya istiqamətlənəcək: “Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında zamanında ölkəmizdə icra olunmuş infrastruktur layihələri də bu baxımdan xüsusi strateji əhəmiyyət kəsb edir. Prezidentin uğurlu və uzaqgörən siyasəti nəticəsində Orta Dəhlizin daha böyük yükdaşıma imkanlarının ortaya çıxarılması üçün bu layihələr ardıcıl şəkildə həyata keçirilib”.
Həmçinin oxuyun
Zəngəzur dəhlizi və gələcək iqtisadi imkanlar
Deputat diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün Azərbaycan öz ərazisindəki müvafiq infrastruktur layihələrini yekunlaşdırmaq ərəfəsindədir. Naxçıvan ərazisində mövcud dəmir yolu və avtomobil yolları bərpa olunur, eyni zamanda yeni yol və dəmir yolu xətləri tikilir. Yaxın iki il ərzində əlavə dəmir yolu xətlərinin tikintisinin də tam yekunlaşacağı planlaşdırılır: “Vaşinqton razılaşmalarından sonra əminliklə demək olar ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin inşasına ABŞ-ın birbaşa iştirakı ilə 2026-cı ildə başlanılacaq. Bu isə Orta Dəhlizin Azərbaycan üzərindən daha da şaxələndirilməsi deməkdir. Nəticə etibarilə bu proses daha böyük vəsaitlərin və əlavə gəlirlərin formalaşmasına şərait yaradacaq. Eyni zamanda bu dəhliz vasitəsilə enerji resurslarının ötürülməsi də reallaşacaq, Azərbaycanın yaşıl enerji potensialı düzgün qiymətləndirilərək bu sahəyə xarici sərmayələr cəlb olunacaq və ölkəmiz enerji resurslarını daha geniş şəkildə şaxələndirəcək”.
Region dövlətləri üçün faydalar və Azərbaycanın aparıcı rolu
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində region dövlətləri çox böyük faydalar əldə edəcəklər. Ermənistan həm Azərbaycan dəmir yolları vasitəsilə İrana, eyni zamanda Rusiyaya çıxış əldə etmiş olacaq. Bununla yanaşı, bu nəqliyyat dəhlizi və Azərbaycan dəmir yolları vasitəsilə Ermənistan üçün Çinə çıxış, Çindən məhsul qəbulu və tranzit yüklərin daşınması imkanları da formalaşacaq.
Naqif Həmzəyev qeyd edib ki, rəsmi Bakı humanist yanaşma nümayiş etdirərək artıq Azərbaycanın tranzit imkanlarından Ermənistanın yükdaşımaları üçün istifadəyə icazə verib. Bu isə o deməkdir ki, Ermənistan öz öhdəliklərinə sadiq qalarsa və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, yaxın gələcəkdə bu dəhlizin açılması ilə Ermənistanın nəqliyyat şəbəkələrinə çıxış imkanları daha da genişlənəcək: “Eyni zamanda Türkiyəni Naxçıvanla birləşdirəcək dəmir yolu xətlərinin ən geci 2028-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır ki, bu da ümumilikdə region üçün son dərəcə əlverişli imkanlar açacaq”.
Deputat sonda vurğulayıb ki, ümumilikdə bu kommunikasiyaların tam açılması və istifadəyə verilməsi region dövlətləri üçün olduqca faydalı olacaq və Azərbaycanın bu prosesdə əsas, aparıcı və strateji rol oynadığı açıq şəkildə görünəcək.
23:38 / 07 Yanvar 2026
8
23:29 / 07 Yanvar 2026
204
23:28 / 07 Yanvar 2026
25
23:19 / 07 Yanvar 2026
14
23:15 / 07 Yanvar 2026
25
23:11 / 07 Yanvar 2026
47
23:04 / 07 Yanvar 2026
31
22:57 / 07 Yanvar 2026
30
22:53 / 07 Yanvar 2026
77
22:49 / 07 Yanvar 2026
42
22:48 / 07 Yanvar 2026
32
22:45 / 07 Yanvar 2026
370
22:38 / 07 Yanvar 2026
48
22:33 / 07 Yanvar 2026
33
22:12 / 07 Yanvar 2026
38
22:00 / 07 Yanvar 2026
356
21:55 / 07 Yanvar 2026
56
21:52 / 07 Yanvar 2026
71
21:49 / 07 Yanvar 2026
45
21:46 / 07 Yanvar 2026
47
21:39 / 07 Yanvar 2026
44
21:28 / 07 Yanvar 2026
69
21:18 / 07 Yanvar 2026
67
21:08 / 07 Yanvar 2026
275
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.