Prezidentin qurultaydakı dərinməzmunlu çıxışı çətin və şərəfli yolun geniş təhlili idi - RƏY
03 Oktyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
724
06.01.2026, 11:54
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələrindən olan həmkarlarının idmana olan maraqlarından danışıb.
Oxu24.com xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin də əla formada olduğunu deyib.
“Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbir zamanı gənc cüdoçuyla mübarizə apardı və yaşlı nəslin şərəfini qorudu. Fiziki cəhətdən güclü olan Azərbaycan Prezidenti İlham Əliyev də var, o, bu işin bilicisi kimi daim məşq edir. Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də yaxşı formadadır, zalda məşq edir. Ermənistan Baş naziri Nikol Paşinyan velosipedçidir. Belarus Prezidenti Aleksandr Lukaşenko, məlum olduğu kimi, hələ də xokkey oynayır. Tacikistan Prezidenti Emoməli Rəhmon da səhhətindən şikayət etmir, döyüşçü-dənizçi məktəbi keçib. Bütün həmkarlar əla formadadır”, - Tokayev qeyd edib.
Qazaxıstan Prezidenti özü barədə isə bildirib ki, səhhətindən şikayəti yoxdur, 9 kiloqram arıqlayıb, təzyiqinə nəzarət edir, hər gün yoqa ilə məşğul olur, həftədə iki dəfə peşəkar oyunçu ilə stolüstü tennis oynayır.
15:54 / 03 Oktyabr 2026
1
14:32 / 03 Oktyabr 2026
475
14:15 / 03 Oktyabr 2026
65
14:10 / 03 Oktyabr 2026
71
13:06 / 03 Oktyabr 2026
92
13:04 / 03 Oktyabr 2026
70
11:50 / 03 Oktyabr 2026
95
11:35 / 03 Oktyabr 2026
67
11:24 / 03 Oktyabr 2026
100
11:19 / 03 Oktyabr 2026
492
11:14 / 03 Oktyabr 2026
67
11:10 / 03 Oktyabr 2026
69
11:07 / 03 Oktyabr 2026
73
10:59 / 03 Oktyabr 2026
74
10:55 / 03 Oktyabr 2026
83
10:50 / 03 Oktyabr 2026
94
10:34 / 03 Oktyabr 2026
104
10:30 / 03 Oktyabr 2026
84
10:26 / 03 Oktyabr 2026
681
10:20 / 03 Oktyabr 2026
452
10:18 / 03 Oktyabr 2026
88
10:13 / 03 Oktyabr 2026
643
10:11 / 03 Oktyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.