Prezidentin bu sərəncamı ilə YENİ MƏRHƏLƏ BAŞLADI
14 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2031
05.01.2026, 11:35
Trampın şok planı:Panama kanalı, Qrenlandiya adası, Meksika körfəzi və Petro
Oxu24.com xatırladır ki,Donald Tramp hələ 2024-cü ilin noyabrında - prezident seçkilərindən dərhal sonra ərazi iddialarını ortaya qoydu və bir neçə ölkədən tələblərinin dərhal yerinə yetirilməsini istədi. ABŞ-nin Venesuelada həyata keçirdiyi 2 saat 20 dəqiqəlik xüsusi hərbi əməliyyat nəticəsində prezident Nikolas Maduronun həbs olunaraq Birləşmiş Ştatlara aparılması bütün dünyada geniş müzakirələrə yol açdı.ABŞ-nin Venesuelakı hərbi əməliyyatından sonra dünya anladı ki, Trampın söylədiyi heç bir sözün yerdə qalmasını istəmir, mütləq həyata keçirilməsinə maraqlıdır.
KANADA – Panama kanalı iddiası
“And içmə” mərasimində çox əvvəl Kanadanı ABŞ-nin 51-ci ştatına çevirəcəyini deyən Tramp Baş nazir Castin Trüdonu da qubernator adlandırmışdı : “Kanada qubernatoru Castin Trüdo, Milad bayramınız mübarək. Vətəndaşlarının vergiləri çox yüksəkdir, lakin Kanada 51-ci ştat olsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri ikiqat artacaq” deyə milad arzularını səsləndirmişdi.
Həmin təbrikdən sonra isə Tramp Panama kanalını ehtiyatla, lakin qeyri-qanuni idarə edən “gözəl Çin əsgərlərinin Milad bayramını”da təbrik etmişdi. O, sosial şəbəkə hesabında isə foto paylaşdı və Panama kanalına ərazi iddiası irəli sürmüşdü. O, paylaşımında “ABŞ-yə xoş gəldin, kanal” sözlərini qeyd etmişdi.
Danimarka – Qrenlandiya iddiası
2025-ci ilin martında isə Tramp Danimarkaya məxsus Qrenlandiyanı da ələ keçirəcəyini vurğuladı. ABŞ Prezidenti “NBC News”a müsahibəsində bildirdi ki, biz Qrenlandiyanı əldə edəcəyik. Bəli, yüz faiz.
Əslində Arktikadakı ehtiyatlarla zəngin Danimarka ərazisi olan Qrenlandiya mövzusuna ötən gün yenidən qayıdan Tramp “bizə həqiqətən Qrenlandiya lazımdır, mütləq lazımdır" deməsi ilə Venesueladan sonra Danimarka dövləti ilə “məşğul olacağna” eyham vurdu.
Meksika – Meksika körfəzi
Dünyanın ən böyük körfəzi olan Meksika körfəzi ABŞ-ın iqtisadi həyatında əsas rol oynadığı məlumdur.
Xatırlayırsınızsa, ötən ilin sentyabrında qərb mətbuatı yazırdı ki, Tramp Pentaqona Latın Amerika narkokartellərə qarşı hərbi güc tətbiqinə başlamaq üçün gizli direktiv imzalayıb. Bu məlumatı şərh edərkən Meksika prezidenti Klaudiya bəyan etdi ki, Meksika öz ərazisində narkokartellərə qarşı əməliyyatlar keçirmək üçün Amerika hərbçilərinin iştirakına icazə verməyəcək. Onun sözlərinə görə, ABŞ Meksikaya hərbçilər göndərməyəcək.
Amma buna baxmayaraq ABŞ prezidenti Meksika körfəzinin “Amerika körfəzi” adlanması barədə qərar verdikdən sonra “Quql Məps” Meksika körfəzinin adını dəyişərək, “Amerika körfəzi” kimi qeyd etdi. Meksika prezidenti Google-a məktub göndərərək Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsinə etiraz etdi.
Kolumbiya - Petro təhlükədə
Ötən ilin oktyabrında ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petronu narkotik ticarətinə yardım etməkdə ittiham etməsi əslində sıradan bir suçlama deyildi. Petronu qeyri-qanuni narkotik bazarının lideri adlandırması və onu bütün ölkədə narkotik istehsalını təşviq etməkdə günahlandırması Kolubiya üçün “təhlükəli gələcək” anlamını daşıyırdı. Hətta Trampın çıxışnda “bu dərmanların böyük bir hissəsi ABŞ-də gətirilir. Yaxşısı budur, bu öldürmə sahələrini dərhal bağlasın, yoxsa Birləşmiş Ştatlar onun üçün onları bağlayacaq və bu heç də xoş olmayacaq” deməsi təhlükənin heç də uzaqda olmadığını dedi .
Ötən gün isə, yəni, Tramp Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirən və ölkədən çıxaran ABŞ hərbi əməliyyatından sonra Kolumbiya Prezidentinə birbaşa xəbərdarlıq edib.
ABŞ dövlət katibi Marko Rubio çıxışlarının birində Trampın əvvəlki prezidentlərdən fərqini belə izah edib:” Tramp deyir və edir”
Rubionun fikri ilə yola çıxsaq onda belə qənaətə gəlmək olar ki, ABŞ prezidenti hədəf seçdiyi bütün ölkələri Venesuela kimi qarşısında diz çökdürəcək.
Ötən gün Çin Xarici İşlər Nazirliyi vurğulayıb ki, Vaşinqtonun hərəkətləri beynəlxalq hüququn, beynəlxalq münasibətlərin fundamental normalarının, habelə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulmasıdır.
Milli Məclisin deputatı, ƏHD partiyasının sədri Qüdrət Həsənquliyevin dediyi kimi, Venesuela hadisəsi beynəlxalq hüququn iflasını göstərdi.
İndi isə dünya sürprizlərə hazır olsun.
Hazırladı: Əntiqə Rəşid
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.