Sahibə Qafarova Tanzaniyaya səfər edib - FOTO
03 Oktyabr 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
764
04.01.2026, 09:49
Ukrayna və Amerika Birləşmiş Ştatları prezidentləri yenidən görüşəcəklər.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə məlumat verib.
Zelenski yanvarın sonunda ABŞ Prezidenti Donald Trampla sülh planını müzakirə etmək üçün yeni görüş keçirəcəyini açıqlayıb.
Prezidentin sözlərinə görə, bundan əvvəl Avropa liderlərinin görüşü olacaq, orada təhlükəsizlik sənədləri yekunlaşdırılacaq. Liderlər bir çox məsələni müzakirə edəcəklər. Lakin əsas diqqət təhlükəsizlik zəmanətləri və Ukraynanın bərpasına yönəldiləcək.Qafqazinfo
Prezident əlavə edib ki, Donald Trampın komandası ilə də görüşlər olacaq və bu görüşlər Parisdə keçiriləcək.
"Görüşlər 24 saat, bəlkə də iki saat davam edəcək. Hər şey işlərin gedişatından asılıdır. Bundan sonra düşünürəm ki, biz ABŞ-da geniş çərçivədə rəhbərlik səviyyəsində görüşə hazırlaşacağıq. Biz istərdik ki, bütün bunlar yanvarın sonuna qədər baş versin", - deyə Prezident bildirib.
Qeyd edək ki, dekabrın 28-də Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp Floridada görüşüblər. Danışıqlardan sonra liderlər əldə edilmiş nəticələrlə bağlı açıqlamalar veriblər. ABŞ prezidenti Donbas məsələsində müəyyən irəliləyiş olduğunu bildirərək, yekun qərarın hələ verilmədiyini, lakin tərəflərin razılığa yaxın olduğunu bildirib.
23:26 / 03 Oktyabr 2026
10
22:53 / 03 Oktyabr 2026
32
22:48 / 03 Oktyabr 2026
44
22:41 / 03 Oktyabr 2026
54
22:29 / 03 Oktyabr 2026
54
22:13 / 03 Oktyabr 2026
72
22:08 / 03 Oktyabr 2026
66
21:24 / 03 Oktyabr 2026
64
21:09 / 03 Oktyabr 2026
73
20:57 / 03 Oktyabr 2026
84
20:51 / 03 Oktyabr 2026
75
20:38 / 03 Oktyabr 2026
78
20:27 / 03 Oktyabr 2026
447
20:14 / 03 Oktyabr 2026
80
20:03 / 03 Oktyabr 2026
337
19:52 / 03 Oktyabr 2026
409
19:51 / 03 Oktyabr 2026
100
19:46 / 03 Oktyabr 2026
66
19:34 / 03 Oktyabr 2026
68
19:34 / 03 Oktyabr 2026
66
19:25 / 03 Oktyabr 2026
66
19:14 / 03 Oktyabr 2026
65
19:03 / 03 Oktyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.