Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14831
az

İrandan ABŞ-a SƏRT CAVAB

17:3022 İyun, 2019
588
  • A
ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı dayandırdığını açıqladıqdan sonra rəsmi Tehrandan çox sərt cavab gəlib.


Oxu24.com xəbər verir ki, iranlı general Əddülfazıl Şəkərci “İrana qarşı hər hansı bir həmlə ABŞ-ın regiondakı maraqları məsələsində ciddi nəticələrə səbəb olacaq” açıqlamasını verib.


Bu barədə İranın “Tasnim” rəsmi xəbər agentliyi məlumat yayıb.


Məlumata əsasən, İranın Ordu Baş Qərargahının mətbuat katibi Əbdülfazıl Şəkərci deyib:


“İrana güllə atmaq Amerika və müttəfiqlərinin maraqlarını alova atacaq. Bu gün regionda vəziyyət İranın lehinədir. Düşmən, xüsusən də Amerika və regiondakı müttəfiqləri ABŞ-ın maraqları üzərində olan barıt çəlləyini vurmaq kimi bir hərbi səhvə yol versələr, region alova qərq olacaq”.


Səhər saatlarında isə İranın xarici işlər nazirliyinin mətbuat katibi Abbas Musəvi də açıqlama verib:


“İran sərhədlərinə qarşı heç bir əməliyyata icazə verməyəcək. İran ABŞ tərəfindən hər hansı bir hücum və təhdidə qarşı sərt şəkildə cavab verəcək”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniya Trampı HƏDƏLƏDİ: "Bu işə yaramırsa.."
Tramp Rusiya və Ukrayna ilə əlaqə saxladığını AÇIQLADI
Almaniya Prezidenti Türkiyəyə gedir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu