Qaynar xətt:

(+99450) 247 90 86

Ramil Usubovun son əmri - General təqaüdə göndərildi

SİYASƏT

589

21.06.2019, 12:12

\"\"  Dünən Daxili İşlər naziri vəzifəsindən azad olunan Ramil Usubovun son əmrlərindən biri polis generalı ilə bağlı olub. “Qafqazinfo”nun xəbərinə görə, R.Usubovun bir neçə gün əvvəl verdiyi əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general-mayor Elxan Həsənov xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib. E.Həsənov 1959-cu ildə İrəvan şəhərində anadan olub. 1986-cı ildən polis sistemində işləyir, 1997-ci ildə Polis Akademiyasını bitirib. Bundan öncə nazirliyin Cinayət Axtarış İdarəsinin şöbə rəisi və Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində çalışıb. Uzun illərdir BŞBPİ-nin rəis müavini vəzifəsini tutan E.Həsənov peşəkar polis zabiti kimi tanınıb.