İran nüvə silahı müqaviləsindən çıxır? - “Müzakirələr ciddidir”
04 Oktyabr 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
4339
19.12.2025, 17:06
Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiqlənib.
Oxu24.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydaya əsasən, vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılacaq.
Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi DİN və Maliyyə Nazirliyi tərəfindən təmin olunacaq.
Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) DİN-in xüsusi xəzinə hesabına köçürülməsini təmin edəcək.
Vəsaitin polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənəcək:
- polis əməkdaşlarının mükafatlandırılmasına;
- polis əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsinə;
- polis əməkdaşlarına maddi yardım göstərilməsinə.
Polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirməsi məqsədilə vəsait aşağıdakı istiqamətlərə xərclənəcək:
- malların (işlərin və xidmətlərin) alınmasına;
- inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;
- beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;
- maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə.
Verilən mükafat, maddi yardım və əlavələrin məbləğini Azərbaycanın daxili işlər naziri müəyyən edəcək.
Aylıq vəzifə maaşına əlavə və mükafat əməkdaşın əmək qabiliyyətini müvəqqəti itirdiyi, hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu, sərəncamda olduğu, vəzifədən kənarlaşdırıldığı, uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz və Əmək Məcəlləsinə uyğun olaraq digər ödənişsiz məzuniyyətdə olduğu günlər üçün hesablanmır.
03:44 / 05 Oktyabr 2026
108
01:03 / 05 Oktyabr 2026
953
01:01 / 05 Oktyabr 2026
91
00:56 / 05 Oktyabr 2026
95
00:51 / 05 Oktyabr 2026
118
00:50 / 05 Oktyabr 2026
7531
00:42 / 05 Oktyabr 2026
570
00:38 / 05 Oktyabr 2026
211
00:36 / 05 Oktyabr 2026
97
00:35 / 05 Oktyabr 2026
121
00:32 / 05 Oktyabr 2026
74
23:16 / 04 Oktyabr 2026
80
22:50 / 04 Oktyabr 2026
78
22:15 / 04 Oktyabr 2026
96
22:02 / 04 Oktyabr 2026
90
21:54 / 04 Oktyabr 2026
376
21:07 / 04 Oktyabr 2026
345
20:53 / 04 Oktyabr 2026
116
20:43 / 04 Oktyabr 2026
95
20:21 / 04 Oktyabr 2026
93
20:06 / 04 Oktyabr 2026
226
19:55 / 04 Oktyabr 2026
102
19:44 / 04 Oktyabr 2026
376
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.