Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
05 Oktyabr 2026, 22:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
573
10.12.2025, 13:53
Slovakiya ilə əməkdaşlığın dərinləşməsi Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividentlər qazandırır.
Bu barədə "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Şahmar Hacıyev danışıb.
O qeyd edib ki, Slovakiya-Azərbaycan arasında strateji tərəfdaşlıq artıq formalaşıb:
"2024-cü ildə tərəflər arasında strateji tərəfdaşlığa dair bir sənəd imzalandı. Sənədə əsasən, ölkələrimiz strateji tərəfdaşlıq istiqamətində mühüm addımlar atmalı idi. Gedişat onu göstərir ki, artıq iki ölkə arasında bu istiqamətdə mühüm addımlar atılıb, Azərbaycan Prezidentinin son səfəri də bunun bariz nümunəsi oldu".
Müsahibin sözlərinə görə, iki ölkə arasında enerji sahəsində də etibarlı əməkdaşlıq formalaşıb:
"Artıq SOCAR qısa müddətli də olsa, Slovakiya qaz bazarına Azərbaycan təbii qazını ixrac edib. Bu, Slovakiya üçün çox mühüm hadisə idi, çünki onlar qaz şəbəkəsinin və idxalının şaxələndirilməsində olduqca maraqlıdırlar. Diqqətə çatdırım ki, Azərbaycan, Bolqarıstan, Rumuniya, Slovakiya arasında həmrəylik halqası adlı bir lahiyə də imzalanıb və bu lahiyə əsasən, Azərbaycanın Mərkəzi və Şərqi Avropaya 5 milyard kubmetr qaz ixracını nəzərdə tutur. Bu, çox vacib bir lahiyədir, çünki sözügedən ölkələrin qaz idxalı Rusiyadan asılıdır və Azərbaycan qazının bu ölkələrə daxil olması Bolqarıstana, Rumuniya, Macarıstana və Slovakiyaya imkan verəcək ki, qaz alışını şaxələndirsinlər".
Ş.Hacıyev bildirib ki, son səfər Azərbaycanın Slovakiya ilə təkcə təbii qaz sahəsində yox, həm də iqtisadiyyatın digər sahələrində əməkdaşlıqda maraqlı olduğunu göstərib:
"Çünki Azərbaycan da artıq iqtisadiyyatını şaxələndirmək istəyir, ona görə də qeyri-neft sektorunun inkişafına yönəlib, bu bizim üçün böyük əhəmiyyət kəsib edir. Bu mənada iki ölkə arasında iqtisadiyyatın digər sahələri-alternativ və bərpaolan enerji, innovativ iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Slovakiya və Azərbaycan arasında alternativ və bərpaolan enerjinin ixracı mühüm bir plandır. Çünki Azərbaycan gələcəkdə Qara dəniz sualtı kəməri ilə Avropa bazarlarına ı̇lkin mərhələdə Cənabı Qafqazdan-Azəərbaycan və Gürcüstandan, sonra isə Mərkəzi Asiya regionundan təmiz enerji, yəni elektrik enerjisinin ixracını nəzərdə tutur və Slovakiya bu layihə qoşulmaqla Azərbaycandan, regiondan təmiz enerji ala biləcək".
Azərbaycan üçün Slovakiya ilə əlaqələrinin genişlənməsinin əhəmiyyətinə gəldikdə isə ekspert bunun Azərbaycan Avropanın iqtisadi-siyasi həyatında rolunu daha da gütləndirəcəyini söyləyib:
"Artıq bir çox Avropa ölkələri ilə Azərbaycan arasında sıx iqtisadi, siyasi əməkdaşlıq formalaşıb və Slovakiya ilə də Azərbaycanın əməkdaşlığının dərinləşməsi ölkəmiz üçün həm siyasi, həm də iqtisadi dividentlər qazandırır. Onu da qeyd etmək istərdim ki, xüsusən təbii qaz, infrastruktur, yaşıl enerji sahələrində əməkdaşlıq həm də Slovakiya şirkətlərinin Azərbaycanda aktiv sərmayə yatırmasına və iki ölkə arasında əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək. Slovakiya kimi Avropa ölkəsinin Azərbaycana investisiya qoyması üçün mühüm, münbit şərait vardır. Əgər Slovakiyanın illik qaz istifadəsinə baxsaq, görərik ki, bu ölkənin qaz istifadəsi 4-5 milyard kubmetr civarındadır və Azərbaycandan qaz alışı onlar üçün olduqca əhmiyyətlidir. Çünki ölkə həm qaz asılılığını azaldacaq, həm də enerji təhlükəsizliyini gücləndirəcək".
23:49 / 05 Oktyabr 2026
81
23:42 / 05 Oktyabr 2026
38
23:42 / 05 Oktyabr 2026
79
23:32 / 05 Oktyabr 2026
77
23:22 / 05 Oktyabr 2026
75
22:49 / 05 Oktyabr 2026
74
22:33 / 05 Oktyabr 2026
105
22:23 / 05 Oktyabr 2026
96
22:09 / 05 Oktyabr 2026
105
22:02 / 05 Oktyabr 2026
116
21:57 / 05 Oktyabr 2026
87
21:53 / 05 Oktyabr 2026
269
21:50 / 05 Oktyabr 2026
3879
21:45 / 05 Oktyabr 2026
2368
21:40 / 05 Oktyabr 2026
77
21:37 / 05 Oktyabr 2026
70
21:26 / 05 Oktyabr 2026
72
21:18 / 05 Oktyabr 2026
78
21:11 / 05 Oktyabr 2026
71
21:05 / 05 Oktyabr 2026
97
20:59 / 05 Oktyabr 2026
112
20:53 / 05 Oktyabr 2026
97
20:50 / 05 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.