Prezident İlham Əliyev Tailand Kralına məktub ünvanlayıb
05 Dekabr 2025, 12:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
926
29.11.2025, 14:44
Almaniya gələn il üçün Ukraynaya yardımın da daxil olduğu büdcəni təsdiqləyib.
DPA-nın məlumatına görə Ukrayna üçün nəzərdə tutulan 11,5 milyard avro məbləğində maliyyə yardımı da büdcəyə daxildir.
Məsələ ilə bağlı Oxu24.com-a danışan politoloq Elman Telmanoğlu qeyd edib ki, Almaniyanın Ukraynaya 11,5 milyard avro ayırması ilk növbədə geostrateji və təhlükəsizlik maraqlarından irəli gəlir:
“Berlin anlayır ki, Ukraynanın müqavimət qabiliyyətinin zəifləməsi Avropanın təhlükəsizlik arxitekturasını sarsıdar və Rusiya ilə Qərb arasında güc balansını dəyişdirər. Bu yardım Almaniyanın NATO çərçivəsində öhdəliklərinə, həmçinin Avropada uzunmüddətli sabitlik strategiyasına xidmət edir.
Humanitar aspekt də mövcuddur, lakin qərarın mahiyyəti daha çox Almaniyanın öz milli təhlükəsizliyini qorumaq, Avropanın şərq sərhədlərində Rusiyanın hərbi üstünlüyünün qarşısını almaq və Ukraynanın davamlı müqavimətini təmin etmək kimi strateji məqsədlərə dayanır. Berlin üçün bu vəsait “Ukraynanın davamlılığı, Avropanın davamlılığıdır” prinsipinin maliyyə ifadəsi sayılır”.
Həmçinin oxuyun
Bəs Almaniyanın büdcədə belə böyük rəqəmi ayırması Avropa İttifaqında digər ölkələrə təzyiq yaradırmı?
“Bəli, Almaniyanın bu addımı Aİ daxilində siyasi və maliyyə baxımından ciddi təsir yaradır. Berlinin Ukraynanı bu ölçüdə dəstəkləməsi faktiki olaraq digər üzv dövlətlərə “liderlik siqnalı” göndərir və onları da öhdəliklərini artırmağa təşviq edir. Bir çox ölkə üçün bu, dolayı siyasi təzyiq kimi qəbul olunur, Almaniya belə böyük vəsait ayırdığı halda, Kiyevin maliyyə və hərbi ehtiyaclarının ödənməsində geridə qalan dövlətlər artıq öz mövqelərini əsaslandırmaqda çətinlik çəkir.
Bu addım həmçinin Aİ daxilində birgə müdafiə siyasəti, enerji təhlükəsizliyi və Şərq tərəfdaşlığı çərçivəsində koordinasiyanı gücləndirir. Nəticədə Almaniyanın qərarı yalnız maliyyə deyil, həm də Aİ-nin Ukrayna siyasətində prioritetləri yenidən formalaşdıran strateji istiqamətləndirmə rolunu oynayır”,-deyə politoloq bildirib.
Çimnaz Telmanqızı
12:36 / 05 Dekabr 2025
1
12:34 / 05 Dekabr 2025
12
12:32 / 05 Dekabr 2025
9
12:32 / 05 Dekabr 2025
12
12:22 / 05 Dekabr 2025
18
12:03 / 05 Dekabr 2025
656
11:55 / 05 Dekabr 2025
38
11:48 / 05 Dekabr 2025
48
11:42 / 05 Dekabr 2025
160
11:36 / 05 Dekabr 2025
115
11:33 / 05 Dekabr 2025
124
11:17 / 05 Dekabr 2025
724
11:14 / 05 Dekabr 2025
50
11:00 / 05 Dekabr 2025
133
10:52 / 05 Dekabr 2025
45
10:46 / 05 Dekabr 2025
69
10:44 / 05 Dekabr 2025
45
10:34 / 05 Dekabr 2025
240
10:30 / 05 Dekabr 2025
310
10:18 / 05 Dekabr 2025
55
10:15 / 05 Dekabr 2025
49
10:13 / 05 Dekabr 2025
81
10:10 / 05 Dekabr 2025
59
09:35 / 05 Dekabr 2025
874
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.