İran Ukraynadan təzminat tələb edir
10 Avqust 2026, 14:40
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
567
21.10.2025, 12:06
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 21-də Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə təkbətək görüşü olub.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyevi salamlayan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib:
-Hörmətli İlham Heydər oğlu, Sizi Qazaxıstanda rəsmi dövlət səfərində qəbul etmək mənim üçün böyük şərəf və məmnunluqdur. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir. Mübaliğəsiz əminliklə demək olar ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. İqtisadi-ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir.
Sizi ölkəmizdə salamlayıram.
Prezident İlham Əliyev deyib:
- Hörmətli Kasım-Jomart Kemeleviç, sağ olun.
Əvvəlcə qardaş Qazaxıstana dövlət səfərinə dəvətinizə, həmçinin qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istərdim. Azərbaycanın ünvanına söylədiyiniz xoş sözlərə görə sağ olun. Biz qardaş Qazaxıstan xalqına münasibətdə də eyni hissləri bölüşürük.
Həmçinin qardaş ölkənin Sizin rəhbərliyinizlə həm sosial-iqtisadi inkişafda, həm də beynəlxalq mövqelərin möhkəmləndirilməsində uğurlarına sevinirik. Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik.
İkitərəfli münasibətlərimizə gəldikdə, Siz onların strateji, müttəfiqlik xarakterini qeyd etdiniz. Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik.
Bu gün bizim danışıqlarımız çərçivəsində Ali Dövlətlərarası Şuranın iclası da nəzərdə tutulub. Biz gündəlikdəki geniş məsələləri bir daha nəzərdən keçirəcək və təbii ki, tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün yeni addımları müəyyən edəcəyik.
Bir daha təşəkkür edirəm.
Prezident Kasım-Jomart Tokayev: Sizə təşəkkür edirəm.
14:50 / 10 Avqust 2026
28
14:40 / 10 Avqust 2026
39
14:26 / 10 Avqust 2026
57
14:24 / 10 Avqust 2026
57
14:22 / 10 Avqust 2026
51
13:58 / 10 Avqust 2026
64
13:56 / 10 Avqust 2026
57
13:29 / 10 Avqust 2026
77
13:16 / 10 Avqust 2026
75
13:10 / 10 Avqust 2026
77
12:47 / 10 Avqust 2026
87
12:37 / 10 Avqust 2026
143
12:32 / 10 Avqust 2026
223
12:30 / 10 Avqust 2026
160
12:26 / 10 Avqust 2026
150
12:19 / 10 Avqust 2026
133
12:15 / 10 Avqust 2026
71
11:59 / 10 Avqust 2026
77
11:57 / 10 Avqust 2026
391
11:57 / 10 Avqust 2026
223
11:40 / 10 Avqust 2026
90
11:39 / 10 Avqust 2026
1877
11:37 / 10 Avqust 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.