Qaynar xətt:

(+99450) 247 90 86

Trampdan Qəzza anonsu - “Çox yaxınıq” 

news/2025_09_08/tramp_2025_1757326061.jpg

SİYASƏT

597

07.10.2025, 23:08

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Yaxın Şərqdə, xüsusilə Qəzzada sülh razılaşmasının əldə olunmasına çox az qalıb.

Oxu24.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tramp çıxışı zamanı Qəzza zolağında sülh üçün “gerçək bir şans” yarandığını deyib. Onun sözlərinə görə, növbəti ABŞ nümayəndə heyəti danışıqlarda iştirak etmək üçün yola düşüb.

“Yaxın Şərqdə anlaşmaya çox yaxınıq. Qəzza razılaşması tamamlandığında, hər kəsin bu anlaşmaya əməl etdiyindən əmin olmaq üçün əlimizdən gələni edəcəyik”, – ABŞ Prezidenti vurğulayıb.

Tramp əlavə edib ki, razılaşma başa çatdıqdan sonra bölgədə sabitliyin qorunması üçün Vaşinqton bütün səylərini göstərəcək.Qafqazinfo