Qaynar xətt:

(+99450) 247 90 86

Britaniyadan Rusiyaya növbəti sanksiyalar paketi

news/2025_09_13/sanksiya_1757708264.png

SİYASƏT

599

12.09.2025, 23:54

Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib.

Oxu24.com  xəbər verir ki, bu barədə məlumat hökumətin rəsmi saytında dərc olunub.

Sanksiyalar Rusiya müdafiə sənayesinə aid şirkətlər və fiziki şəxslərə şamil olunub. Almaniyanın “Deutsche Welle” nəşrinin yazdığına görə, məhdudiyyətlər, həmçinin konstruktor bürolarına, eləcə də radioelektronika və kimyəvi xammal istehsal edən hərbi təyinatlı müəssisələrə aid edilib. Məqsəd Rusiyanın hərbi potensialını zəiflətməkdir.

Qeyd olunub ki, Böyük Britaniya müttəfiqləri ilə koordinasiyalı şəkildə Rusiyaya qarşı iqtisadi və texnoloji təzyiqləri gücləndirməkdə davam edəcək.