Aydın Mirzəzadə: İlham Əliyevin Naxçıvan siyasəti yeni mərhələyə keçir
15 Avqust 2026, 11:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
709
15.08.2025, 00:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin "Fox News" telekanalına müsahibə verib. Telekanalın saytında dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi bəzi fikirlər əsasında material yayımlanıb.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev müsahibəsində deyib: "İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq".
Materialda vurğulanıb ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Bildirib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.
Prezident İlham Əliyev müsahibəsində ABŞ Prezidenti Donald Tramp və onun komandasına razılaşmanın əldə olunmasındakı roluna görə minnətdarlığını da ifadə edib.
Dövlətimizin başçısı, həmçinin Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında "Azərbaycan Hava Yolları"nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb. Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. "Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik", - deyə Prezident İlham Əliyev əlavə edib.
12:30 / 15 Avqust 2026
14
12:15 / 15 Avqust 2026
30
11:58 / 15 Avqust 2026
159
11:58 / 15 Avqust 2026
43
11:53 / 15 Avqust 2026
60
11:40 / 15 Avqust 2026
47
11:36 / 15 Avqust 2026
214
11:33 / 15 Avqust 2026
110
11:20 / 15 Avqust 2026
63
11:00 / 15 Avqust 2026
155
10:59 / 15 Avqust 2026
58
10:59 / 15 Avqust 2026
58
10:45 / 15 Avqust 2026
57
10:43 / 15 Avqust 2026
268
10:09 / 15 Avqust 2026
85
09:59 / 15 Avqust 2026
87
09:45 / 15 Avqust 2026
84
09:28 / 15 Avqust 2026
78
09:27 / 15 Avqust 2026
89
09:15 / 15 Avqust 2026
75
08:57 / 15 Avqust 2026
85
00:19 / 15 Avqust 2026
152
23:55 / 14 Avqust 2026
195
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.