Füzulidən Daşaltıya getdilər - Fotolar
17 İyul 2025, 12:14
Qaynar xətt:
(+99450) 247 90 86Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi
SİYASƏT
264
28.05.2025, 16:21
Laçında Azərbaycan, Türkiyə və Pakistan Üçtərəfli Zirvə görüşü keçirilir.
Oxu24.com xəbər verir ki, toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif iştirak edir.
***
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Hörmətli Pakistan Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərif.
Əziz dostlar.
Azərbaycana, Şərqi Zəngəzura, Laçına xoş gəlmisiniz.
Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik.
Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq.
Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.
Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var.
Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.
Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hal-hazırda konkret investisiya layihələri üzrə işlər gedir.
Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.
Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.
Həmçinin oxuyun
Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq.
Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir.
Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik.
Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirəm.
Hörmətli həmkarlar,
Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub.
Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edirəm.
Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülh və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik.
Əziz dostlar, 30 illik Ermənistan işğalından sonra dirçəliş dövrünü yaşayan Laçına bir daha xoş gəlmisiniz.
Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi olacaq.
Diqqətinizə görə təşəkkür edirəm.
***
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdilər.
00:44 / 18 İyul 2025
Azərbaycanlı reper həbs edildi
19
23:49 / 17 İyul 2025
Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO
61
22:59 / 17 İyul 2025
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr belə xilas edildi - VİDEO
36
21:29 / 17 İyul 2025
Azərbaycanlı müğənni vəfat etdi - FOTO
66
17:10 / 17 İyul 2025
Belçika İsrailə hərbi tədarükünü dayandırıb
97
16:59 / 17 İyul 2025
ABŞ Ukrayna naminə Patriotların İsveçrəyə çatdırılmasını təxirə salıb
98
16:50 / 17 İyul 2025
Ukraynaya bir milyona yaxın sursat verildi
106
16:43 / 17 İyul 2025
Bakıda 3 prokuror işdən çıxarıldı
943
16:21 / 17 İyul 2025
Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
107
16:10 / 17 İyul 2025
Hindistanlı astronavt kosmosa gedəcək
95
15:35 / 17 İyul 2025
Gürcüstan vətəndaşları Avropadan qovulub
110
15:31 / 17 İyul 2025
Suriya hökumət qüvvələri ölkənin cənubunu tərk edir
111
15:25 / 17 İyul 2025
Dilqəm Məhərrəmov lisenziyası olmadığı halda Aysunu necə əməliyyat edib?
592
15:20 / 17 İyul 2025
ABŞ İqtisadiyyatının İnflyasiya Şoku ilə üzləşəcəyi proqnozlaşdırılır
116
15:19 / 17 İyul 2025
Əməkdar incəsənət xadimi vəfat etdi - FOTO
634
15:13 / 17 İyul 2025
İranın hava məkanı 24 saat beynəlxalq tranzit uçuşlar üçün açılıb
110
15:10 / 17 İyul 2025
Hindistan Rusiyanı kimə dəyişəcək?
107
15:05 / 17 İyul 2025
Şoyqu Suvorovdan sitat gətirir və Avropanı hədələyir
114
15:04 / 17 İyul 2025
Polşanın Xarici İşlər Naziri Vinnitsadakı Polşa zavoduna hücumla bağlı isterik deyib
116
14:41 / 17 İyul 2025
Zelenski Ukraynanın ABŞ-dakı səfiri postuna namizədinin adını açıqlayıb
124
14:38 / 17 İyul 2025
Baydenin İran planı üzə çıxdı
122
14:29 / 17 İyul 2025
Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı hansı planı var?
125
14:19 / 17 İyul 2025
Baş prokurordan yeni TƏYİNATLAR
895
14:17 / 17 İyul 2025
Kreml Trampın ultimatumunu şərh edib
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.