Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13606
az

Fuad Abbasov sabah Azərbaycana deportasiya edilə bilər

18:1823 May, 2019
687
SİYASƏT
  • A
 Azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasının səbəbi açıqlanıb.

Vəkil Azər Rəfiyev "Report"un Rusiya bürosuna açıqlamasında bildirib ki, Fuad Abbasovun Rusiya Federasiyasında müvəqqəti yaşama icazəsi ləğv edilib.

"Məhkəmə də onun Rusiya ərazisini on gün ərzində tərk etməsi barədə qərar çıxarıb. Ancaq Fuad Abbasov ölkə ərazisini tərk etmədiyindən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Əgər bəzi prosedurlar yerinə yetirilsə, Fuad Abbasov sabah - mayın 24-də Azərbaycana deportasiya edilə bilər", - deyə o qeyd edib.

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Şantajda ittiham edilən 4 sayt rəhbəri     həbs     edildi