Tramp: İranla danışıqlar mümkündür
19 Avqust 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
973
21.05.2025, 12:19
Nazirlər Kabineti 7 noyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlərlə əvəzlənib və tərkibi aşağıdakı kimi təsdiqlənib:
– lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
– fəaliyyət növü üzrə normativ hüquqi aktların və işlərin aparılması qaydalarını müəyyənləşdirən texniki sənədlərin siyahısı;
– yanacaqdoldurma və qaz təchizatı obyektinin istismara qəbulu aktının surəti;
– yanacaqdoldurma və qaz təchizatı obyektində istifadə olunan partlayışyanğın mühafizəli avadanlıqların, mühərriklərin və cihazların “Texniki təhlükəsizlik sertifikatı”nın surəti;
– yanacaqdoldurma obyektində (mikro və kiçik sahibkarlıq subyektlərinə məxsus obyektlər istisna olmaqla) elektrik mühərrikli nəqliyyat vasitələri üçün 50 kVt-dan az olmayan nominal gücə malik elektrik enerjisi doldurma məntəqələrinin mövcudluğu;
– fəaliyyət növü ilə əlaqədar ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun tələblərinə uyğunluğu, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” qanunun tələblərinə uyğun olması barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi;
– ərizəçinin görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizliyinə nəzarət sisteminə malik olması barədə sənədlərin surəti;
– yanacaqdoldurma məntəqəsinin texniki təhlükəsizlik bəyannaməsi.
20:04 / 19 Avqust 2026
1
19:50 / 19 Avqust 2026
52
19:27 / 19 Avqust 2026
68
17:59 / 19 Avqust 2026
80
17:50 / 19 Avqust 2026
77
17:32 / 19 Avqust 2026
92
17:12 / 19 Avqust 2026
95
16:49 / 19 Avqust 2026
90
16:38 / 19 Avqust 2026
74
16:19 / 19 Avqust 2026
95
15:59 / 19 Avqust 2026
85
15:56 / 19 Avqust 2026
67
15:54 / 19 Avqust 2026
113
15:45 / 19 Avqust 2026
86
15:36 / 19 Avqust 2026
108
15:30 / 19 Avqust 2026
86
15:11 / 19 Avqust 2026
100
15:10 / 19 Avqust 2026
83
14:50 / 19 Avqust 2026
84
14:49 / 19 Avqust 2026
93
14:44 / 19 Avqust 2026
117
14:30 / 19 Avqust 2026
111
14:24 / 19 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.