ABŞ ilə İran arasında gərginlik artıq son həddə çatıb. Tərəflər bir-birlərini açıq müharibə ilə təhdid edir. ABŞ hərbi gəmiləri artıq Fars körfəzinə daxil olub. Qeyd olunan vəziyyətdə hərbi toqquşmaların olacağı qaçılmazdır.
Oxu24.com xəbər verir ki,ATV telekanalının xəbərlər buraxılışında ABŞ-İran münasibətlərinin pərdəarxası və ABŞ-ın İrana qarşı planlarında region ölkələrindən istifadə planları barədə danışılıb.
Amerika Birləşmiş Ştatlarının İrandan neft idxalına görə 8 ölkəyə tətbiq etdiyi 6 aylıq güzəşt müddəti bitdi. Vaşinqton tələb edirdi ki, həmin ölkələr onlar üçün tətbiq olunan güzəşt müddətindən istifadə edərək, digər xammalçılar axtarsınlar. Lakin bu ölkələrdən 4-ü “Ağ ev”in tələbinə boyu əydisə, digər 4-ü Vaşinqtonun növbəti güzəşt şərtlərindən faydalanmağa nail oldu. ABŞ həm də bölgəyə təyyarədaşıyan gəmilərini və bombardmançı təyyarələrini göndərir. Belə vəziyyət İranla mümkün qarşıdurmanı istisna etmir. Daha ətraflı video şərhi təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR