İlham Əliyev bu ölkəyə səfər edəcək
02 Aprel 2025, 18:45
Qaynar xətt:
(+99450) 247 90 86Yasamal “dağılır”, icra başçısı hardadır?
SİYASƏT
353
27.03.2025, 22:51
İki gündür Yasamal rayonu ərazisində xoşagəlməz hadisələr baş verir. Martın 26-da rayonun Şərifzadə küçəsi, İTV-nin binasının arxası, Azon zavodun ərazisində ağacların kütləvi şəkildə məhv edilməsi xəbərlər yayıldı. Şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır. Amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.
Oxu24.com bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə çevik reaksiya verdi. Nazirliyin mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, araşdırma aparılır, əraziyə əməkdaşlar göndərilib.
Lakin Yasamal Rayon İcra Hakimiyyətindən bu olaya reaksiya verilmədi.
Martın 27-də isə Yasamalda baş verən daha bir dəhşətli hadisə ölkəni sarsıtdı. Vətəndaşa məxsus ev ekskavatorla uçurduldu. Məsələni dramatikləşdirən odur ki, evin sahibləri, sakinləri orda ola-ola bu vəhşilik baş verdi.
Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti işi aparan “Melissa Group” tikinti şirkətinin əməkdaşlarının bu hərəkəti ictimaiyyətdə hiddət doğurub. Artıq şirkətin iki əməkdaşı saxlanılıb. FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Həmçinin oxuyun
Yasamalda baş verənlər fonunda nə rayon icra hakimiyyəti, nə də başçı Elşad Həsənov açıqlama verib. İki gün ard-arda Bakının mərkəzi rayonlarından olan Yasamalda təbiətə və vətəndaşlara qarşı törədilən qanunsuzluğa görə rayon icra hakimiyyəti məsuliyyət daşıyır. Çox da ki, icra hakimiyyətlərinin səlahiyyətləri azaldılıb. Amma vətəndaş bir iş görmək istəyəndə başının üstünü alan ilk rəsmi qurum icra hakimiyyətinin müvafiq idarələrinin əməkdaşları olur. Mediada yazılır, sosial şəbəkələrdə yayılır ki, rayon ərazisində yaşıllıq məhv edilir. İcra hakimiyyətinin necə deyərlər, tükü də tərpənmir. Bu cür yanaşmanın səbəbidir ki, vətəndaşın evini başına uçurdurlar.
Rayonda daha nələr baş verməlidir ki, hörmətli Elşad Həsənov buna reaksiya versin?!
Yeri gəlmişkən, saytlar baş verənlərlə bağlı Yasamal RİH-nə sorğu ilə müraciət etsələr də, sorğular cavabsız qalır.
22:25 / 02 Aprel 2025
Moskvadan Lənkərana uçuşlar olacaq
21
21:43 / 02 Aprel 2025
Prezidentlər konsertdə iştirak ediblər
40
21:14 / 02 Aprel 2025
Heç vaxt avtomobili olmayan şəxs radara necə düşüb? - VİDEO
64
21:08 / 02 Aprel 2025
Qurban Qurbanov planşetə təpik vurdu - VİDEO
45
21:04 / 02 Aprel 2025
70 kq qızılla saxlanılan polkovnik-leytenantın həbsi uzadıldı
70
20:33 / 02 Aprel 2025
Küçədən meyiti tapılan şəxs kimdir?
890
20:32 / 02 Aprel 2025
Bu ölümcül xəstəliyin müalicəsi yoxdur - Sudan keçir
60
20:28 / 02 Aprel 2025
Rusiya İranın tərəfini tutur
58
20:24 / 02 Aprel 2025
Hinduşkalar kişiyə hücum etdi — VİDEO
69
20:21 / 02 Aprel 2025
Yaponiyada güclü zəlzələ
63
20:10 / 02 Aprel 2025
"Azanı da Raqufun can dostu,qəhrəman kəşfiyyatçı Xanı verdi" — Şəhid xanımı ilə MÜSAHİBƏ
1709
20:06 / 02 Aprel 2025
Nüvə böhranı: ABŞ və İran böhran astanasında
78
20:03 / 02 Aprel 2025
ÜST yeni pandemiya riski barədə xəbərdarlıq edir
77
19:53 / 02 Aprel 2025
Küveyt indi İrana söz verib
76
19:50 / 02 Aprel 2025
Adanada baş verən yol qəzasında bir ailənin beş üzvü ölüb
80
19:27 / 02 Aprel 2025
Məşhur aktyor vəfat etdi — FOTO
230
19:24 / 02 Aprel 2025
ABŞ Konqresi Trampın Rusiya və Çinə qarşı strategiyasından danışır
85
19:16 / 02 Aprel 2025
Maraqlı kənd
160
19:00 / 02 Aprel 2025
Azərbaycanda 5G şəbəkəsi ilə bağlı qanun layihəsi hazırlanacaq
73
18:49 / 02 Aprel 2025
Qaz olmayacaq
92
18:45 / 02 Aprel 2025
İlham Əliyev bu ölkəyə səfər edəcək
731
18:37 / 02 Aprel 2025
Almaniya Prezidenti Bakını gəzir
84
18:28 / 02 Aprel 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
139
17:51 / 02 Aprel 2025
Aparıcılar haranı bitirib? — Jurnalist olanı da var,olmuyanı da...
1433
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.