Yeni vəzifə təsis edildi — Sərəncam
29 Aprel 2025, 16:24
Qaynar xətt:
(+99450) 247 90 86Yasamal “dağılır”, icra başçısı hardadır?
SİYASƏT
435
27.03.2025, 22:51
İki gündür Yasamal rayonu ərazisində xoşagəlməz hadisələr baş verir. Martın 26-da rayonun Şərifzadə küçəsi, İTV-nin binasının arxası, Azon zavodun ərazisində ağacların kütləvi şəkildə məhv edilməsi xəbərlər yayıldı. Şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır. Amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.
Oxu24.com bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə çevik reaksiya verdi. Nazirliyin mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, araşdırma aparılır, əraziyə əməkdaşlar göndərilib.
Lakin Yasamal Rayon İcra Hakimiyyətindən bu olaya reaksiya verilmədi.
Martın 27-də isə Yasamalda baş verən daha bir dəhşətli hadisə ölkəni sarsıtdı. Vətəndaşa məxsus ev ekskavatorla uçurduldu. Məsələni dramatikləşdirən odur ki, evin sahibləri, sakinləri orda ola-ola bu vəhşilik baş verdi.
Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti işi aparan “Melissa Group” tikinti şirkətinin əməkdaşlarının bu hərəkəti ictimaiyyətdə hiddət doğurub. Artıq şirkətin iki əməkdaşı saxlanılıb. FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Həmçinin oxuyun
Yasamalda baş verənlər fonunda nə rayon icra hakimiyyəti, nə də başçı Elşad Həsənov açıqlama verib. İki gün ard-arda Bakının mərkəzi rayonlarından olan Yasamalda təbiətə və vətəndaşlara qarşı törədilən qanunsuzluğa görə rayon icra hakimiyyəti məsuliyyət daşıyır. Çox da ki, icra hakimiyyətlərinin səlahiyyətləri azaldılıb. Amma vətəndaş bir iş görmək istəyəndə başının üstünü alan ilk rəsmi qurum icra hakimiyyətinin müvafiq idarələrinin əməkdaşları olur. Mediada yazılır, sosial şəbəkələrdə yayılır ki, rayon ərazisində yaşıllıq məhv edilir. İcra hakimiyyətinin necə deyərlər, tükü də tərpənmir. Bu cür yanaşmanın səbəbidir ki, vətəndaşın evini başına uçurdurlar.
Rayonda daha nələr baş verməlidir ki, hörmətli Elşad Həsənov buna reaksiya versin?!
Yeri gəlmişkən, saytlar baş verənlərlə bağlı Yasamal RİH-nə sorğu ilə müraciət etsələr də, sorğular cavabsız qalır.
16:24 / 29 Aprel 2025
Yeni vəzifə təsis edildi — Sərəncam
2
16:10 / 29 Aprel 2025
Bu tarixdə leysan olacaq
250
15:59 / 29 Aprel 2025
Azərbaycanda milyonlarla borcu olan şirkətlər bağlandı
12
15:36 / 29 Aprel 2025
Sürücülük vəsiqəsi ilə bağlı VACİB XƏBƏR
23
15:29 / 29 Aprel 2025
Boşanma sayını artıran səbəb budur
27
15:27 / 29 Aprel 2025
Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edildi
142
15:21 / 29 Aprel 2025
Türkiyə-İtaliya 4-cü Hökumətlərarası Zirvə toplantısı başlayıb
22
14:58 / 29 Aprel 2025
Ukrayna Poroşenkonu nüfuzu ləkələnmiş şəxs kimi tanıyıb
34
14:57 / 29 Aprel 2025
Almaniyanın gələcək xarici işlər naziri Ukrayna ilə bağlı Putinə müraciət edib
31
14:51 / 29 Aprel 2025
Jurnalist nazirlə görüşdü,kitabını hədiyyə etdi
144
14:44 / 29 Aprel 2025
Prezident fərman imzaladı
656
14:32 / 29 Aprel 2025
Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto
78
14:28 / 29 Aprel 2025
Mayda hava necə olacaq?
48
14:09 / 29 Aprel 2025
Bayağı ifaçılara efirlərə qadağa qoyulub
1359
14:05 / 29 Aprel 2025
Ərini öldürmək istəyirdi,tutuldu
51
14:01 / 29 Aprel 2025
Misirlilər uçuşları azaldıblar
35
13:45 / 29 Aprel 2025
“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb
59
13:24 / 29 Aprel 2025
İstanbulda kütləvi həbslər başladı
88
13:17 / 29 Aprel 2025
Dərzi sexində dəhşət: Azyaşlıya təcavüz etmək istədi — Detallar
514
13:10 / 29 Aprel 2025
Mask Çindən narahatdır
96
13:09 / 29 Aprel 2025
Ayıq sürücünün hərəkəti başına bəla oldu
82
13:07 / 29 Aprel 2025
Medvedev Rusiya ilə Avropa arasında münasibətlərin səviyyəsini dəyərləndirib
40
13:04 / 29 Aprel 2025
Ruslar Türkiyədə ağır qəzaya düşdülər
43
12:44 / 29 Aprel 2025
Sevil Əhmədova işdən çıxarıldı
456
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.