“Prorektor vəzifəsinə təyin olunduğuma görə, məni tənqid edənlər nankor və kor insanlardır”.
Oxu24.com xəbər verir ki, bu sözləri Unikal.org-a Milli Məclisin sabiq deputatı Elton Məmmədov deyib.
E.Məmmədov Azərbaycan Texniki Universitetinə prorektor təyin olunmasından sonra sosial şəbəkələrdə və təhsil ekspertlərinin onu tənqid etməsinə belə münasibət sərgiləyib:
“Hazırkı məqsədim xalqın təhsilinə, eliminə və ölkədə gedən bütün təhsil strategiyasına dəstək verməkdir. Zaman göstərəcək ki, bu təhsil ocağına hansı yeniliklər gətirəcəm. Ölkə rəhbərinin təhsil strategiyasına uyğun planlarım var. Hesab edirəm ki, Azərbaycan Texniki Universitetində bu planlarımı gerçəkləşdirəcəm.
Mənim prorektor təyin olunmağımı tənqid edən təhsil ekspertlərini də tanımıram. Elə insanları da heç vaxt qəbul etmirəm. Tənqidlərinə də mənfi yanaşıram. Onlar hər zaman dövlətçilik təfəkküründən uzaq, cəmiyyəti çaşbaş salan insanlardır. Belə adamlar ümumiyyətlə cəmiyyətdə inkişafı, yaxşılığı görməyən insanlardır. Onlar nankor və kor insanlardır”.
Oxu24.com
ŞƏRHLƏR