Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşüblər.
Oxu24.com -un TASS-a istinadən xəbərinə görə, görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub.Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib ki, Brüsseldə Şərq tərəfdaşlığının yubiley tədbirləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qısa söhbət edib, ancaq hələlik növbəti görüşlər üçün konkret planlar yoxdur.
Xəbəri RİA Novosti yayıb.
"Hələlik heç bir plan yoxdur, amma əminəm ki, danışıqlar prosesi davam edəcək", - deyə o, jurnalistlərin “İlham Əliyevlə yenə görüş olacaqmı” sualını cavablandırarkən vurğulayıb.
O bildirib ki, Azərbaycan Prezidenti ilə qısa təmasda olub və "cari vəziyyəti" müzakirə edib.
Oxu24.com
ŞƏRHLƏR