Oxu24.com xəbər verir ki, baş nazir
Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli qərarı ilə təsdiq
edilmiş Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb.
Bununlada 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib. Siyahını təqdim edirik:
Əsərləri dövlət varidatı elan edilən müəlliflər:
1. Qətran Təbrizi;
2. Məhsəti Gəncəvi;
3. Əfzələddin Xaqani;
4. Nizami Gəncəvi;
5. Qazi Bürhanəddin;
6. İmadəddin Nəsimi;
7. Aşıq Qurbani;
8. Şah İsmayıl Xətai;
9. Məhəmməd
Füzuli;
10. Aşıq Abbas Tufarqanlı;
11. Molla Pənah Vaqif;
12. Molla Vəli Vidadi;
13. Qasım bəy Zakir;
14. Mirzə Fətəli Axundzadə;
15. Həsən bəy
Zərdabi;
16. Seyid Əzim Şirvani;
17. Xurşidbanu Natəvan;
18. Mirzə Ələkbər Sabir;
19. Nəcəf bəy Vəzirov;
20.
Aşıq Ələsgər;
21. Cəlil Məmmədquluzadə;
22. Əbdürrəhim bəy Haqverdiyev;
23. Cəfər Cabbarlı;
24. Əhməd Cavad;
25. Mikayıl Müşfiq;
26. Əhməd bəy Ağayev;
27. Əli bəy Hüseynzadə;
28. Nəriman Nərimanov;
29. Məmməd Səid
Ordubadi;
30. Hüseyn Cavid;
31. Əzim Əzimzadə;
32. Yusif Vəzir Çəmənzəminli;
33. Üzeyir Hacıbəyov;
34. Səməd Vurğun;
35. Əliağa Vahid.
Dövlət varidatı elan edilən filmlər:
“Sevil ” (1929-cu ildə çəkilmişdir);
2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;
3. “İsmət”(1934-cü ildə çəkilmişdir);
4. “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;
5. “Almaz”(1936-cı ildə çəkilmişdir) ;
6. “
Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;
7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;
8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir)
9. “Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;
10. “Arşın mal alan” (1945-ci ildə çəkilmişdir) ;
11. “Görüş” (1955-ci ildə çəkilmişdir).