Prezident onları belə təbrik etdi -FOTO
26 Avqust 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1158
31.01.2025, 09:10
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer fevralın 2-dən 5-dək Yaxın Şərqə və Türkiyəyə səfər edəcək.
OXU24.COM Almaniya Prezidentinin rəsmi səhifəsinə istinadla xəbər verir ki, dövlət başçısı bölgəyə səfərinə fevralın 2-də Səudiyyə Ərəbistanından başlayacaq. Frank-Valter Ştaynmayerin Səudiyyə Ərəbistanına ötən ilin noyabrında planlaşdırılan səfəri Almaniyada koalision hökumətin dağılmasından sonra təxirə salınmışdı.
Almaniya Prezidenti Ər-Riyadda bu ölkənin beyin mərkəzlərinin nümayəndələri və Krallığın Nazirlər Şurasının Sədri, Vəliəhd Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə görüşəcək və Kral Salman parkını ziyarət edəcək.
Prezident Frank-Valter Ştaynmayer fevralın 4-də İordaniyada olacaq, “İraqda İŞİD-ə qarşı mübarizə/potensialın gücləndirilməsi" çərçivəsində buradakı 18-ci Almaniya kontingentini ziyarət edəcək. Səfər çərçivəsində İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn ilə görüş də nəzərdə tutulub.
Almaniya Prezidenti bölgəyə səfərini fevralın 5-də Türkiyəni ziyarət etməklə başa çatdıracaq. Qısa səfər çərçivəsində Prezident Frank-Valter Ştaynmayerin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü planlaşdırılıb.
16:30 / 26 Avqust 2026
14
16:14 / 26 Avqust 2026
31
15:59 / 26 Avqust 2026
54
15:40 / 26 Avqust 2026
65
15:17 / 26 Avqust 2026
68
15:12 / 26 Avqust 2026
66
14:59 / 26 Avqust 2026
69
14:45 / 26 Avqust 2026
62
14:42 / 26 Avqust 2026
71
14:40 / 26 Avqust 2026
69
14:30 / 26 Avqust 2026
64
14:15 / 26 Avqust 2026
78
13:58 / 26 Avqust 2026
72
13:55 / 26 Avqust 2026
76
13:33 / 26 Avqust 2026
101
13:15 / 26 Avqust 2026
224
12:55 / 26 Avqust 2026
67
12:35 / 26 Avqust 2026
72
12:21 / 26 Avqust 2026
79
12:14 / 26 Avqust 2026
74
12:09 / 26 Avqust 2026
83
12:05 / 26 Avqust 2026
76
12:01 / 26 Avqust 2026
391
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.