Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12902
az

Mehriban Əliyeva gənclərin harayına çatdı:Binanın sökülməsinə imkan vermədi

09:2508 May, 2019
780
  • A
 
Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 10 ünvanında yerləşən qədim binanın sökülməsi ilə bağlı məsələyə münasibət bildirib.

Oxu24.com  xəbər verir ki, Mehriban Əliyeva bu barədə instagram hesabında yazıb:

“Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq."

Qeyd edək ki, bina 1913-cü ildə, Skobelyevin təşəbbüsü ilə malakanların dua evi kimi inşa edilib. Hazırda binada “Salaam Cinema Baku” klubu fəaliyyət göstərir.

 

Özəlləşdirilən binanın son günlər söküləcəyi ilə bağlı şayiələr yayılıb. Bu səbəbdən klubun əməkdaşları artıq bir neçə gündür ki, həmin binada gecələyirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı