Qaynar xətt:

(+99450) 247 90 86

Usubov Allahşükür Paşazadənin bacısı oğluna yüksək vəzifə verdi

2019-05/1556883253_usubov.jpg

SİYASƏT

1077

03.05.2019, 15:32

\"\"  Daxili işlər orqanlarında yeni təyinat olub.
Oxu24.com  xəbər verir ki, ONA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib. Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev oğlu, Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur. Qeyd edək ki, 13-cü polis bölməsinin bundan əvvəlki rəis müavini, polis mayoru Mehman Əsədov bu ilin fevral ayında ölkədən qaçarkən tutulub. O, dələduzluqda ittiham olunur.