Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12678
az

Ərazilər bu tarixdə qaytarılacaq: müharibə... - DƏQİQ TARİX

23:4602 May, 2019
2091
  • A
Kiyev Donbası beş il sonra qaytara biləcək.

Oxu24.com “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətçisi İvan Aparşin bildirib.

Aparşin qeyd edib ki, əgər Zelenski administrasiyası Donbasın qaytarılmasına 5 il müddətində nail olmağı hesablayırsa, Krım məsələsinin həlli daha uzaq perspektivdir.

“Mən bu gün bizim ərazilərimizin hərbi yolla qaytarılması imkanlarını görmürəm”, - o əlavə edib.

Aparşin deyib ki, münaqişənin güc yolu ilə həllinə cəhd partnyorları Ukraynadan üz çevirməyə məcbur edəcək.

Qeyd edək ki, Ukraynada hakimiyyət dəyişikliyindən sonra - 2014-cü ilin aprelində ölkənin şərqində hərbi əməliyyatlar başlanıb. Döyüş əməliyyatlarının gedişatında Ukrayna Donetsk və Luqansk vilayətlərinin bir hissəsinə nəzarəti itirib.

Kiyev Rusiyanın Donbas separatçılarına aktiv dəstək göstərdiyini və burada Rusiyanın nizami ordusunun olduğunu bildirir, Moskvanı hərbi müdaxilədə ittiham edir.

Moskva isə münaqişə tərəfi olmadığını iddia edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi