Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12570
az

Azərbaycan Gürcüstanla arasında gərginlik: Sərhədçilərin sayı artırıldı

12:4430 Aprel, 2019
1427
SİYASƏT
  • A
 
Azərbaycan Gürcüstanla sərhəddə yerləşən “Keşikçi dağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”)  monastır kompleksi ətrafında sərhədçilərinin sayını kəskin artırıb.

Oxu24.com -un  məlumatına görə, bu barədə Virtualaz.org Gürcüstan KİV-nə istinadən xəbər verir.

Kirion monastırının arximandritinə istinadən bildirilir ki, hazırda bu ərazidə turistlərin və zəvvarların hərəkəti üçün məhdudiyyət yoxdur. Amma istisna deyil ki, Azərbaycan sərhədçiləri mayın 5-də “Keşikçi dağ”a gedişi bağlayacaqlar.

“Əvvəllər onların sərhədçilərinin sayı cəmi 2 idi. İndi isə təxminən 18 nəfərdir, heç vaxt bu qədər çox olmamışdılar”-məlumatda deyilir.

Xatırladaq ki, bir neçə gün əvvəl “Keşikçi dağ” monastrı ətrafında Azərbaycan və Gürcüstan arasında gərginlik yaranıb. Azərbaycan sərhədçiləri gürcü ziyarətçilərinin monastıra hərəkətini məhdudlaşdırıb. Bu addım Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla sərhədlərin mümkün qədər tez delimitasiya olunmasına çağırışından sonraya təsadüf edir.

“Keşikçi dağ” Qafqaz Albaniyası dövrünə aid olan və Azərbaycan ərazilərində yerləşən qədim monastırdır. Gürcü tərəfi isə bu monastırın onlara aid olduğunu iddia edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Saxta pul dövriyyəyə buraxanlar    həbs      edildi