İçərişəhərdə Qala divarları qarşısında tikilən restoranın damında söküntü işləri aparılır.
Oxu24.com xəbər verir ki, BBC News Azərbaycancanın ərazidə olan müxbiri müşahidə edib ki, yarımçıq tikilinin bir neçə gün əvvəl betonlanmış ikinci mərtəbəsində fəhlələr hissələri sökərək aşağı atır.
Mehriban Əliyeva "İçərişəhərdə, qala divarlarının yanında indiyə qədər olan obyektlər hansı hündürlükdə idisə, o vəziyyətdə də olmalıdır" demişdi.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsindən bunu nə təsdiq, nə də təkzib ediblər. Ancaq Qoruq əməkdaşlarından biri deyib ki, sökülən taxta restoranın yerində beton və dəmirdən restoran tikilir və onun üzərinə yemək xidməti üçün nəzərdə tutulmayan terras quraşdırılır.
Ötən həftənin cümə günü İçərişəhərdəki tikintinin qarşısında müsahibə verən 1-ci vitse-prezident bildirib ki, "burada olan obyektlər hansı vəziyyətdə, hansı hündürlükdə idisə, eyni o şəkildə olmalıdır".
Söküntü işləri Mehriban Əliyevanın müsahibəsindən dərhal sonra başlayıb.
Bir müddətdir ki, Azərbaycanda sosial şəbəkələrdə İçərişəhərdə Qala divarlarının qarşısında restoran tikintisinə etiraz edilirdi.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Əsgər Ələkbərov Azərtaca deyib ki, İdarə tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işləri həyata keçirilir.
Ərazi ilə tanış olduqdan sonra 1-ci vitse-prezident Mehriban Əliyeva İçərişəhərə gələrək tikintiyə baxıb və BBC News Azərbaycancanın həmin vaxt ərazidə olan müxbirinə "Qala divarlarını heç nə bağlamamalıdır" deyib. O bildirib ki, restoran əvvəl necə idisə, eləcə də qalacaq.
Oxu24.com
ŞƏRHLƏR