Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12531
az

İlham Əliyevin Çin səfərinin TƏHLİLİ: Azərbaycan nəhəng ölkələrlə eyni sırada addımlayacaq

14:3929 Aprel, 2019
857
SİYASƏT
  • A
 


Xəbər verdiyimiz kimi   ötən  həftə  Prezident  İlham  Əliyevin  Çinə çox önəmli, önəmli  olduğu qədər də məhsuldar bir işgüzar səfəri oldu. Bu səfərin Azərbaycan üçün hansı müsbət nəticələri olacaq?Ölkməzi nəhəng iqtisadiyyata malik ölkələrlə eyni sırada dayanırsa,bunun bizim üçün hansı nəticələri olacaq?

Oxu24.com xəbər verir ki, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov bununla bağlı maraqlı Təhlil edib. Həmin təhlili təqdim edirik:

Səfərdə əsas məqsəd Pekində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak idi. Amma səfər çərçivəsində ikitərəfli münasibətləri əhatə edən çox vacib görüşlər də baş tutdu. Cənab Prezident həm Çinin siyasi rəhbərliyi, həm də məşhur qlobal şirkətlərinə başçılıq edən şəxslərlə görüşdü. Söhbət o şirkətlərdən gedir ki, onlar artıq Çinin dünyadakı iqtisadi imicini dəyişərək, onu texnoloji nəhəngə çeviriblər. Bu şirkətlərin çoxunun adları dünyanın hər yerində, eləcə də Azərbaycanda hər kəsə bəllidir – məsələn, Huawei, CETC, ZTE və sair. Dövlət başçımız istər Qərb, istərsə də Şərq ölkələrinə səfərləri zamanı yükxək texnoloji şirkətlərin rəhbərlərilə bir araya gəlir. Hər şeydən əlavə, bu, xarici investorlara bir mesajdır ki, Azərbaycan da yüksək texnoloji sənaye qurmaqda maraqlıdır. Səfər zamanı Azərbaycan və Çin şirkətləri arasında müxtəlif istiqamətlər üzrə ümumi dəyəri 821 milyon dollar olan 10 sənədin imzalanması bu niyyətin nə qədər ciddi olduğunu göstərir.
Azərbaycan 43 faiz payla Çinin Güney Qafqazdakı əsas ticarət tərəfdaşıdır. Bu günə qədər Çin investorları ölkəmizə 800 milyon dollardan çox sərmayə yatırıblar. Bizim Çin iqtisadiyyatına qoyduğumuz investisiyaların həcmi isə 1 milyard 700 milyon dollara bərabərdir. Bunlar iki ölkənin münasibətlərinin səviyyəsini göstərən kifayət qədər ciddi rəqəmlərdirlər.

Amma ən yaxın gələcəkdə həmin rəqəmlər xeyli artacaqlar. Çünki Azərbaycan Çinin həyata keçirdiyi ən önəmli qlobal layihələrdən olan "Bir kəmər, bir yol" təşəbbüsünə dəstək göstərən ilk ölkələrdən biridir. Bu dəstək ölkələrimizin arasındakı iş birliyini praktik olaraq, strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldib. Bunu İlham Əliyevlə görüşündə Çin Xalq Respublikasının sədri Si Cinpinin dediyi sözlərdən də duymaq mümkün idi:

 

“Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram”.

Dünyanın ikinci böyük iqtisadiyyatına malik bir dövlətin Azərbaycanı bu cür dəyərləndirməsi kifayət qədər ciddi mətləblərdən xəbər verir. Bu, onu göstərir ki, böyük geosiyasi güclər ölkəmizlə tərəfdaşlıqda, strateji münasibətlər qurmaqda maraqlıdırlar. Onların nəzərində Azərbaycan elə bir müttəfiqdir ki, birlikdə gələcəyə yönəlmiş böyük, strateji planların üzərində işləmək olar. Çünki ölkəmiz həqiqi mənada müstəqil olduğundan, milli maraqlarına cavab verən tərəflərlə sona qədər sabit, etibarlı əlaqələri davam etdirir. “Bir kəmər, bir yol” isə elə bir qlobal layihədir ki, onu reallaşdırmaq üçün həm başqa güc mərkəzlərindən asılı olmadan müstəqil qərarlar verən, həm yaxşı nəqliyyat infrastrukturuna malik, həm də böyük layihələrin reallaşdırılması təcrübəsi olan dövlətlərlə əməkdaşlıq edilməlidir. Azərbaycan məhz belə dövlətdir. Ona görə üç il öncə rəsmi Bakının verdiyi dəstək, yəni, Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması Pekinin öz qlobal ideyasını həyata keçirə bilməsi üçün bu qədər önəmli idi.

Azərbaycan iki nəqliyyat dəhlizinin kəsişməsində yerləşir ki, bu da onun Çin üçün önəmini daha da artırır. Azərbaycan vaxtilə Transxəzər nəqliyyat dəhlizini inkişaf etdirməsəydi, bu gün Çinin yenilənmiş İpək yolunun taleyi də çətinə düşərdi. Amma biz Xəzərdə güclü nəqliyyat donanması yaratmaqla bunu bacarmışıq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyevin Çin səfərinin TƏHLİLİ: Azərbaycan  nəhəng ölkələrlə eyni sırada addımlayacaq

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi