Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124981
az

Əsəd Ermənistan haqda nə demişdi?

22:5707 Dekabr, 2024
54
SİYASƏT
  • A

"Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanın yanındayıq" - bunu Suriya Prezidenti Bəşər Əsəd ötən ilin noyabrında Dəməşqdə qəbul etdiyi Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyana söyləmişdi. Bu təbiidir. Ermənilər Əsəd rejiminə sıx bağlıdırlar.

OXU24.COM  xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Suriyada silahlı müxalifətin sürətli hücumu və iri şəhərləri ələ keçirməsi ilə yaranan yeni vəziyyəti şərh edərkən deyib.

Politoloq xatırladıb ki, Suriyada yaşayan ermənilər Əsədin ordusunda xidmət keçirlər:

"Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindən Rusiya ilə birgə Suriyaya hərbçi göndərməyi xahiş etdikdə, KTMT ölkələrindən təkcə Ermənistan müsbət reaksiya verdi. Baş nazir Nikol Paşinyan Suriyaya heyət göndərdi. Bundan məmnun qalan Əsədin Ermənistana verdiyi dəstək İran amili ilə də bağlıdır. İranın dostları və tərəfdaşları avtomatik Əsədin də dostları və tərəfdaşları, düşmənləri isə onun da düşmənləri idi.

Əsəd Azərbaycan-Türkiyə müttəfiqliyinə Tehranın prizmasından baxırdı. Ancaq indi Əsəd elə bir vəziyyətdədir ki, dostları və tərəfdaşları onu yalnız buraxıb. Rusiya və İran dağılmaqda olan rejimi xilas etməyin anlamsız olduğu qənatindədirlər. Ermənilər isə Əsədin simasında sadiq dostlarını itirmək üzrədirlər".

Politoloq qeyd edib ki, Əsəd rejiminin yıxılması perspektivi Suriyanın problemlərinin və ərazi bütövlüyünün təmini anlamına gəlmir:

"Suriyaya qonşu İraqda Səddam Hüseyn rejiminin devrilməsi bu ölkənin problemlərini azaltmadı. Oxşar vəziyyət Suriyada yarana bilər. Önəmli olan Azərbaycanın strateji müttəfiqi Türkiyənin Suriyada maraqlarının təmin edilməsidir. Bunlardan biri Suriya ərazisində terrorçu PKK və ona bağlı silahlı qrupların neytrallaşdırılmasıdırsa, digəri yerli türkmanların təbii haqlarının bərpasıdır. Ermənistan vaxtilə Əsəddən yana oldu, yanıldı, indi Azərbaycanın növbəsidir, Türkiyə ilə birgə Suriyadakı qardaş türkmanlardan yana olmalıyıq".

Qeyd edək ki, müxalif silahlı qüvvələr Əl-Suxna, Əl-Furqəllus və Palmira şəhərlərini ələ keçirib, Hüms şəhərində üstünlüyü ələ alıb, Əsəd rejimini geri çəkilməyə məcbur edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı
Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Zelenski bir şərtlə atəşkəsə RAZILIQ VERƏCƏK

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü