Avtomobil kondisioneri adamı zəhərləyir? - VİDEO
28 İyul 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
490
06.12.2024, 21:29
Almaniyanın “Spiegel” jurnalı Suriyadakı son hadisələrlə bağlı diqqəti çəkən məqalə dərc edib.
OXU24.COM xəbər verir ki, noyabrın 27-də Suriyanın şimalında Hələb vilayətinin qərbində Əsəd rejimi qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında qarşıdurma baş verib. Noyabrın 30-da Hələbin mərkəzinin çox hissəsini rejim güclərindən alan rejim əleyhdarı qruplar eyni gündə bütün İdlibdə nəzarəti ələ keçirib.
Qruplar şiddətli qarşıdurmalardan sonra dekabrın 5-də Həma şəhərinin mərkəzini rejim qüvvələrinin əlindən alıb. Dekabrın 1-də Suriya Milli Ordusunun Hələb çölündə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı zamanı Tel Rıfat rayon mərkəzi terrordan xilas edilib.

Suriyadakı bu hadisələr Türkiyə başda olmaqla region ölkələri tərəfindən yaxından izlənildiyi halda, Qərb də diqqətini bu qaynar nöqtəyə yönəldib. Almaniyanın "Spiegel" jurnalı Suriyadakı hadisələrlə bağlı dərc etdiyi məqalədə Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın roluna diqqət çəkib.
Maksimilian Poppun məqaləsində Qərbin Türkiyəyə niyə ehtiyacı olduğu vurğulanıb. Məqalədə Aİ və ABŞ-a çağırış edilib. Avropalı və amerikalılar prezident Ərdoğan vasitəsilə müharibədə olan tərəflərə təsir göstərməyə çalışmalıdırlar. Qərbin müharibəyə təsir rıçaqlarının olmadığı vurğulanıb və 2012-ci ildə Əsədin Homsa kimyəvi silahla hücumuna müdaxilə etmədikləri üçün müharibəyə təsir imkanlarını itirdikləri xatırladılıb.

Məqalədə Suriyanın gələcəyi ilə bağlı təəccüblü müşahidəyə də yer verilib:
“Suriyanın gələcəyini İran, Rusiya və hər şeydən əvvəl Türkiyə müəyyən edir. Qərb suriyalılara kömək etmək istəyirsə, prezident Ərdoğana təsir göstərməyə çalışmalıdır. Aİ və ABŞ Ərdoğanla görüşməlidir".
01:50 / 28 İyul 2026
53
01:15 / 28 İyul 2026
52
23:44 / 27 İyul 2026
136
23:18 / 27 İyul 2026
143
22:44 / 27 İyul 2026
77
22:24 / 27 İyul 2026
73
21:47 / 27 İyul 2026
167
21:29 / 27 İyul 2026
90
20:50 / 27 İyul 2026
82
20:19 / 27 İyul 2026
107
20:00 / 27 İyul 2026
119
19:59 / 27 İyul 2026
94
19:46 / 27 İyul 2026
606
19:30 / 27 İyul 2026
133
19:15 / 27 İyul 2026
100
19:13 / 27 İyul 2026
118
19:02 / 27 İyul 2026
105
18:48 / 27 İyul 2026
1030
18:45 / 27 İyul 2026
125
18:33 / 27 İyul 2026
92
18:30 / 27 İyul 2026
957
18:22 / 27 İyul 2026
93
18:20 / 27 İyul 2026
2888
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.