Qaynar xətt:

(+99450) 247 90 86

Putinin hədiyyə etdiyi pişik öldü - FOTO

Putinin hədiyyə etdiyi pişik öldü - FOTO

SİYASƏT

261

03.12.2024, 20:59

Rusiya Prezidenti Vladimir Putinin Yaponiyanın Akita prefekturasının qubernatoru Norihisa Satakeyə verdiyi "Mir" adlı sibir pişiyi ölüb.

OXU24.COM  bildirir ki, Putin pişik balasını 2012-ci ilin yayında hədiyyə edib. Ölümün səbəbi xəstəlik olub.

2012-ci ildə Satake Rusiya prezidentinə Yapon Akita İnu balası bağışlayıb.

Buna cavab olaraq Vladimir Putin Norihisa Satakeyə pişik balası hədiyyə edib.

"Mir" adlı pişik qubernatorun evində yaşayırdı.