Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
30 Avqust 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
296
02.12.2024, 20:41
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.
OXU24.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
C.Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər. Ölkələr arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizmininstrateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.
Nazirlər, həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, dekabrın 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri İlya Darçiaşvili arasında da telefon danışığı olub. C. Bayramov İ.Darçiaşvilinin Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə iki ölkənin yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlığının daha da möhkəmləndirilməsi və beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi naminə birgə səyləri məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib. Nazir C. Bayramov İ.Darçiaşviliyə uğurlar arzulayıb.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələrinin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətlərinin birləşdirdiyi vurğulanıb.
12:39 / 30 Avqust 2026
85
12:35 / 30 Avqust 2026
30
12:26 / 30 Avqust 2026
47
12:08 / 30 Avqust 2026
244
11:57 / 30 Avqust 2026
57
11:53 / 30 Avqust 2026
380
11:06 / 30 Avqust 2026
72
11:05 / 30 Avqust 2026
59
11:04 / 30 Avqust 2026
86
01:42 / 30 Avqust 2026
318
01:20 / 30 Avqust 2026
397
23:39 / 29 Avqust 2026
218
23:30 / 29 Avqust 2026
153
23:18 / 29 Avqust 2026
160
23:04 / 29 Avqust 2026
146
22:48 / 29 Avqust 2026
155
22:10 / 29 Avqust 2026
114
21:29 / 29 Avqust 2026
158
20:57 / 29 Avqust 2026
157
20:36 / 29 Avqust 2026
201
20:04 / 29 Avqust 2026
176
19:48 / 29 Avqust 2026
122
19:17 / 29 Avqust 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.