Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan ŞOK GEDİŞ: bu qorxunc silahları Ermənistana göndərir

2019-04/1555995341_08-54-00-putin_ordu.jpg

SİYASƏT

1862

23.04.2019, 08:56

\"\"  Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasına \"4++\"cu nəsil \"Su-30SM\" tipli çoxməqsədli qırıcıları yerləşdirəcək.
Oxu24.com  xəbər verir ki, bu haqda TASS agentliyi mənbələrə istinadən bildirib.
Onlar bazada mövcud olan \"MiQ-29\" təyyarələrini əvəz edəcək. Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək.
“Təyyarələrin yerləşdirilməsi 2020-2021-ci illərdə iki mərhələdə həyata keçiriləcək”, - agentliyin həmsöhbəti deyib.
Rusiyanın “4++” nəslinə aid ağır çoxhədəfli qırıcısıdır, əsasən havada üstünlüyün əldə edilməsi üçün nəzərdə tutulub. Qırıcının ekipaj sayı 2 nəfərdir, maksimum sürəti saatda 2125 kilometrdir.
Uçuş məsafəsi yüksəklikdə 3000 kilometr, döyüş radiusu 1500 kilometrdir. Əlavə yanacaq doldurmadan uçuş müddəti 3,5 saatdır. Çoxməqsədli döyüş təyyarələri “Bars” çoxfunksiyalı atəş idarəetmə radarı, “hava-hava” və “hava-yer” tipli idarəolunan raketlərlə komplektləşdirilə bilər