Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12279
az

Hafiz Hacıyev: İtə verilən yeməyi bizə versinlər, biz yeyək

23:4422 Aprel, 2019
923
SİYASƏT
  • A
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ötən gün Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin 4 yaşlı uşağın üzünü parçalamasından danışıb.

Oxu24.com -un  məlumatına görə, Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, insanlar itlərdən dəyərlidir:

"Ona görə də istərdim ki, itlərə yox, insanlara daha çox diqqət ayrılsın. İtə verilən yeməyi bizə versinlər, biz yeyək də. Yazıq deyilik? Acından günorta dururuq".

Partiya sədri sahibsiz itlərin fəaliyyətinə əngəllər yaratdığını deyib:

"İtlərin əlindən rayonlara rahat gedib-gələ bilmirik, evdən çıxmaq olmur. Rahat yaşamağa imkan vermirlər. Bir şey də edəndə dərhal cərimələyirlər. İtə dəymə, pişiyə dəymə, belə şey olmaz axı! Rayonlarda itlər sürü ilə gəzir. Hər yeri basıb götürüblər. Faydalı olsaydılar, heç bu qədər balalamazlardı".

Hafiz Hacıyev təklif edib ki, sahibsiz itləri xarici ölkələrə də satmaq olar:

"Çin və digər bir çox ölkələrdə it əti sevilən qidadır. Onlar xarici ölkələrdən də it əti alırlar. Biz də Çinə it əti sata bilərik". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu