Qaynar xətt:

(+99450) 247 90 86

Nöqsanlara yol verən icra hakimiyyətləri bunlardır - SİYAHI AÇIQLANDI

2019-04/1555659776__mg_6401-copy1.jpg

SİYASƏT

1291

19.04.2019, 11:44

\"\" Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsan aşkar olunan icra hakimiyyətlərini və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb.
Palatanın hesabatına əsasən, bunlar Gədəbəy, Bərdə, BaləkənAğstafa rayon icra hakimiyyətləridir. Məlumata görə, 2018-ci ildə büdcə qanunvericiliyini Gədəbəy RİH üç və Bərdə RİH altı dəfə pozub. Əsaslı qoyuluşlar üzrə Gədəbəydə dörd, Bərdədə dörd, Balakəndə iki, Ağstafada isə dörd nöqsan aşkarlanıb. Ötən il dövlət satınalmaları ilə bağlı Gədəbəydə iki, Balakəndə altı, Ağstafada üç nöqsan qeydə alınıb. Bundan başqa, Bərdə rayon İcra Hakimiyyətində vergi və gömrük qanunvericiliyinin pozulması üzrə iki, mühasibat uçotu və hesabatlılıqla bağlı altı nöqsan aşkarlanıb.