Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12115
az

Prezident əhaliyə ŞAD XƏBƏR verdi - Maaş və pensiyalar artacaq

15:0018 Aprel, 2019
1118
  • A

 

"Minimum əmək haqqının, pensiyanın təxminən 40% qaldırılması önəmli addımdır. Artım böyük olsa da bu bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri prezident İlham Əliyev aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olarkən bildirib.

Dövlət başçısı qeyd edib ki, müvafiq göstərişlər verilib, indi hökumətdə iş aparılır:

"Müvafiq nazirliklərə göstəriş verildi. Bizim maliyyə imkanlarımız artır. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirir. Bu ilin əvvəlindən kifayət qədər böyük rəqəm artıq büdcəyə daxil oldu. Mənim göstərişimlə əlavə yığılan büdcə gəlirləri ilk növbədə vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir. O cümlədən maaşların, pensiyaların qaldırılmasına.

Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Burada da orta hesabla 2 dəfə sosial müavinətlər artırıldı. 600 minə yaxın insan bu proqramla əhatə olundu. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əmək haqqı, minimum pensiyalar Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasın".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ukraynaya 1 milyon dollar     yardım       ayırdı
Prezident Rüfət Əzizova yüksək     vəzifə       verdi
Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto