Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12101
az

DİN: Saxta profil və səhifə işlədən şəxslər məsuliyyətə cəlb olunacaq

11:3418 Aprel, 2019
813
SİYASƏT
  • A
 
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən  məlumatda qeyd olunur ki, son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.
Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.

Məlumat üçün bir daha xatırlatmaq yerinə düşərdi ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq 2 ildən artıqdır ki, fəaliyyət göstərir. Vətəndaşlar Daxili İşlər Nazirliyininin rəsmi www.mia.gov.az saytından "facebook", “instagram ”, "twitter" və "youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:

Facebook - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki (https://www.facebook.com/mia.gov.az/)

İnstagram – azerbaycan.din keçid linki - (https://www.instagram.com/azerbaycan.din/)

Youtube - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki - (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w?view_as=subscriber)

Twitter - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (https://twitter.com/MIAAzerbaijan ) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Zaqatalada daha bir yeni doğulan körpə öldü