Prezidentin mühüm vəzifə verdiyi Vaqif Sadıqovun dosyesi - Foto
04 Sentyabr 2026, 15:46
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
293
23.10.2024, 11:10
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
Oxu24.com ın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Baş nazir,
Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Qarşılıqlı inam və etimada əsaslanan və gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. Ali səviyyədə qarşılıqlı anlaşma və fəal siyasi dialoqun mövcudluğu bunun üçün əlverişli zəmin və imkanlar formalaşdırmışdır.
Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvilərdə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
15:52 / 04 Sentyabr 2026
1
15:50 / 04 Sentyabr 2026
11
15:46 / 04 Sentyabr 2026
23
15:39 / 04 Sentyabr 2026
26
15:07 / 04 Sentyabr 2026
573
15:05 / 04 Sentyabr 2026
45
14:55 / 04 Sentyabr 2026
66
14:53 / 04 Sentyabr 2026
46
14:25 / 04 Sentyabr 2026
49
14:20 / 04 Sentyabr 2026
65
14:18 / 04 Sentyabr 2026
393
13:56 / 04 Sentyabr 2026
50
13:49 / 04 Sentyabr 2026
59
13:36 / 04 Sentyabr 2026
65
13:28 / 04 Sentyabr 2026
53
13:20 / 04 Sentyabr 2026
71
13:11 / 04 Sentyabr 2026
589
13:00 / 04 Sentyabr 2026
79
12:55 / 04 Sentyabr 2026
273
12:54 / 04 Sentyabr 2026
88
12:43 / 04 Sentyabr 2026
64
12:39 / 04 Sentyabr 2026
61
12:31 / 04 Sentyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.