Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək
22 Noyabr 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
358
08.10.2024, 16:27
“Cənab Prezidentin bu xalqın haqqını heç kimə verməməsi çox adamı, çox dövləti narahat edir. Bunlardan biri də ABŞ-dır”.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib ki, Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri əvvəl də olub:
“90-cı illərdə ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəliş buna misaldır. Amma bu, Azərbaycana mane olmadı. Azərbaycan gücləndi, qüvvətləndi, öz torpaqlarını işğaldan azad etdi. O vaxt 907-ci düzəliş Azərbaycana təsir etmədisə, indi öz torpaqlarını azad etmiş, güclü Azərbaycanı hər hansı sanksiya ilə yolundan döndürmək mümkün deyil. Azərbaycan bütün dövlətlərlə sülh içərisində fəaliyyət göstərmək modeli tətbiq edir. İnanıram ki, bu günə qədər Prezident İlham Əliyevin yürütdüyü siyasət qalib gəldiyi kimi, bundan sonra da qalib gələcək. Azərbaycanı hər hansı sanksiya ilə yolundan döndərmək mümkün deyil”.
Deputat Müşfiq Cəfərov bildirib ki, ABŞ uzun illər Azərbaycanı strateji tərəfdaş kimi gördüyünü bildirib, hətta NATO və müttəfiqləri Əfqanıstanda hərbi əməliyyatlar üçün Azərbaycandan tranzit kimi istifadə ediblər: “Lakin son 4 ildə Amerikada keçirilən dinləmələri, səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda olan münasibətlərə ciddi zərbə kimi qiymətləndirirəm.
Ağ evin Cənubi Qafqazla bağlı siyasətindəki əsas məqsəd Azərbaycanı regiondakı lider mövqeyindən çəkindirmək üçün dövlətimizə təzyiq etməkdir.
ABŞ Konqresi və Avropa parlamenti kimi beynəlxalq qurumların dövlətimizə qarşı aqressiyasının təməlindəki əsas səbəb Ermənistana olan sevgi deyil. Bütün beynəlxalq aləmə də məlumdur ki, hazırda regionumuz güc savaşının meydanına çevrilmək kimi ciddi bir təhlükəylə üz-üzədir. Çünki Avropa İttifaqı və ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesindən daha çox, digər rəqiblərinin Qafqazdakı rolunun güclənməsindən narahatdır. Bu gün Cənubi Qafqazda mövqe savaşı gedirsə, bunun yeganə günahkarı Ermənistan rəhbərliyidir. Əgər bu dövlət prinsipal və milli maraqlarına arxalanan siyasət yürüdə bilsəydi regionda sülh və sabitlik bərqərar olardı. Bir sözlə, Mərkəzi Asiyaya getmək və qısa yol olaraq, Cənubi Qafqazdan istifadə etmək istəyən güclər sülhə və sabitliyə maneə olur. Bunun üçün də onlar hətta Azərbaycanın daxili işlərinə, digər dövlətlərlə olan münasibətlərinə belə qarışmaqdan çəkinmirlər. Azərbaycanın digər dövlətlərlə imzaladığı tərəfdaşlıq müqavilələri nə Avropa İttifaqı, nə də Ağ evin müzakirə obyekti ola bilməz. Bütün bunları da nəzərə alaraq, dövlətimizi qarşı tərəfi gücləndirib müdafiə etməklə hədələyən ABŞ-la olan sazişlərə xitam verilməsini istəyirik.
00:24 / 23 Noyabr 2026
132
00:11 / 23 Noyabr 2026
152
23:56 / 22 Noyabr 2026
127
23:43 / 22 Noyabr 2026
467
23:28 / 22 Noyabr 2026
452
23:26 / 22 Noyabr 2026
142
22:59 / 22 Noyabr 2026
496
22:36 / 22 Noyabr 2026
164
22:08 / 22 Noyabr 2026
1077
21:14 / 22 Noyabr 2026
177
21:06 / 22 Noyabr 2026
190
20:56 / 22 Noyabr 2026
1630
20:30 / 22 Noyabr 2026
555
19:33 / 22 Noyabr 2026
1127
19:20 / 22 Noyabr 2026
176
19:05 / 22 Noyabr 2026
1453
18:54 / 22 Noyabr 2026
161
18:49 / 22 Noyabr 2026
200
18:21 / 22 Noyabr 2026
498
18:16 / 22 Noyabr 2026
236
18:02 / 22 Noyabr 2026
195
17:59 / 22 Noyabr 2026
185
16:38 / 22 Noyabr 2026
248
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.