TƏCİLİ! Azərbaycan və Rusiya birgə bəyanat YAYDI: Tərəflər ortaq...
15 Aprel 2026, 16:20
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
250
24.09.2024, 15:58
Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları ölkəyə gətirilib.
Oxu24.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşlarının Vətənə geri dönüşü ilə bağlı medianın sualına cavabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb.
Həmçinin oxuyun
"Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub. Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib", - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, təqribən bir ay bundan əvvəl Çeçenistanda 3 nəfər Azərbaycan vətəndaşları Elxan Şirinov, Vüqar Məhərrəmov və Nihad Rzayevin Rusiya Federasiyası miqrasiya qanunlarını pozmaları ittihamı ilə saxlanıldıqları, daha sonra Elxan Şirinov və Vüqar Məhərrəmovun Ukraynada müharibəyə göndərilmək məqsədilə Qroznıda təlimlərə cəlb olunduqları barədə xəbərlər yayılmışdı.
16:35 / 15 Aprel 2026
1
16:30 / 15 Aprel 2026
16
16:20 / 15 Aprel 2026
163
15:50 / 15 Aprel 2026
40
15:47 / 15 Aprel 2026
36
15:45 / 15 Aprel 2026
37
15:44 / 15 Aprel 2026
82
15:05 / 15 Aprel 2026
225
15:02 / 15 Aprel 2026
51
14:51 / 15 Aprel 2026
49
14:49 / 15 Aprel 2026
49
14:42 / 15 Aprel 2026
195
14:40 / 15 Aprel 2026
49
14:30 / 15 Aprel 2026
52
14:25 / 15 Aprel 2026
59
14:00 / 15 Aprel 2026
48
13:54 / 15 Aprel 2026
56
13:44 / 15 Aprel 2026
1291
13:28 / 15 Aprel 2026
73
13:20 / 15 Aprel 2026
223
13:08 / 15 Aprel 2026
82
12:59 / 15 Aprel 2026
1263
12:46 / 15 Aprel 2026
311
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.